İngiltərə Premyer Liqasının 29-cu turunda keçirilən "Mançester Siti" ilə oyun öncəsi "Çelsi"nin məşqində xoşagəlməz hadisə yaşanıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubunun yarımmüdafiəçisi N'Qolo Kante məşq zamanı qəflətən özündən gedərək yıxılıb. O, komanda yoldaşlarının köməyi ilə ayağa qalxıb. Məhz bu səbəbdən Kantenin adı "Mançester Siti" ilə görüş üçün iştirak ərizəsindən çıxarılıb.
Tibbi müayinədən keçən 26 yaşlı oyunçunun ürəyində problem aşkarlanmayıb. Onun fərdi qaydada məşq etdiyi bildirilib. Kantenin nə zaman matçlarda iştirak edəcəyi barədə məlumat verilməyib.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat