"Bu, ilin oyunudur. İrəliyə addım atmaq üçün yaxşı şansdır. Ümid edirəm ki, "Real" ən yaxşı futbolçuları ilə maksimum gücünü göstərəcək, biz isə daha yaxşı oynayacağıq. İstərdim ki, görüşün taleyini öz oyunumuz həll etsin".
Qol.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında bu gün "Real"ı qəbul edəcək PSJ klubunun baş məşqçisi Umay Emeri deyib. İspaniyalı mütəxəssis komandadakı bütün futbolçuların matçın məsuliyyətini dərk etdiklərini bildirib:
"Bir futbolçunun olmaması kimlər üçünsə yeni qapılar açır. Meydanda olan, əvəzetmədən oyuna girən bütün futbolçular məsuliyyəti dərk edirlər. Soyuq baş və isti ürəklə oynamalıyıq. Seçim etmək imkanı yaradılsaydı, deyərdim ki, isti ürəklə oynamaq daha vacibdir".
Qeyd edək ki, PSJ - "Real" oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq. Madriddə keçirilən ilk görüşdə fransızlar 1:3 hesabı ilə uduzublar.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat