Azərbaycan millisinin hücumçusu İsa Atayev Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib. Qol.az həmin müsahibəni təqdim edir.
- Fransa ilə müqayisədə İspaniyaya qarşı oyundan əvvəl komanda üzərində təzyiq yox idi. Amma uğursuz seriyanı qırmaq mümkün olmadı....
- Meydana təzyiq altında çıxmasaq da, İspaniya yığması çox güclü idi. Bu amil tam sərbəst olmağımıza imkan vermədi. Güclü rəqiblə oyunda komandamız yaxşı təsir bağışladı. Uşaqlar çalışdı özlərinin müsbət cəhətlərini göstərsinlər. Məğlub olduğumuz oyunda ispanların hücumları çox oldu, amma biz də sakit dayanmamışdıq. Hesabı bərabərləşdirmək üçün dəfələrlə şansımız oldu, realizə edə bilmədik.
- Realizə edə bilməmək nədən irəli gəlirdi?
- Təcrübəmiz çatmadı. Mənim də epizodum oldu. Oyun elə davam edirdi ki, hesabı bərabərləşdirməyimiz mümkündür. Bunu edə bilsəydik, 1/4 finala qrup qalibi kimi yüksələcəkdik.
- Portuqaliya - Ukrayna oyununu izlədiniz ki, bu iki komandadan birinin rəqibimiz olacağını bilirdiniz. Əvvəlcədən hansı komandanı rəqib kimi görməyi arzulayırdın?
- Tam səmimi deyirəm, Portuqaliya ilə qarşılaşmağımızı istəyirdim.
- Ukrayna ilə müqayisədə Portuqaliya daha güclü və təhlükəli rəqib deyil?
- İki il əvvəl biz bu komanda ilə dünya çempionatının 1/4 final mərhələsində qarşılaşmışdıq. Həmin vaxt heyətimizdə 3 itki var idi və bu da onların işinə yaradı, qələbə qazandılar. Başa düşürəm, Portuqaliya Ukraynadan güclüdür. Amma bizi bu rəqibə qarşı həmin məğlubiyyətin revanşı da motivasiya edəcək.
- Dünya çempionatındakı Portuqaliya ilə hazırkı komandanı müqayisə etsək, hansı güclüdür?
- Hazırkı Portuqaliya daha güclüdür. Dünya çempionatında onlar daha zəif çıxış etmişdilər. Sadəcə, 3 əsas oyunçumuzun yoxluğu onların xeyrinə işləmişdi.
- Amma indi komandamıza heç vaxt uda bilmədiyi Portuqaliyanı yenmək və yarımfinala adlamaq lazımdır, revanş yox..
- Onları udacağıq və mərhələ adlayacağıq. Belədə həm məqsədimizə çatacağıq, həm də revanş alacağıq.
- Rəqibin hansı cəhətindən ehtiyatlanmalıyıq?
- Joao Matos və Rikardinyo kimi təhlükəli “silah”ları var. Xüsusilə də Rikardinyo dünyanın ən güclülərindən biridir. Ancaq oyun bir nəfərin üzərində qurulmur. Komandamız da özünü yaxşı tərəfdən göstərəcək və yarımfinalçılardan biri olacağıq.
- Rikardinyonu kim bağlaya bilər?
- Təcrübəli oyunçularımız var. Qalo, Rizvan, Xətai, Eduardo kimi arxaya meyilli futzalçılarımız var. Onlar bu işin öhdəsində gələcək gücdədirlər.
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək