"Azərbaycan millisini topsuz qoymağı tapşırmışdım”

"Azərbaycan millisini topsuz qoymağı tapşırmışdım”
GÜNDƏM 5 Fevral 2018 / 09:45 3649
-  A +

“İlk oyundan sonra qrupda vəziyyət fərqli idi. Yer aldığımız mövqe bizi qələbə qazanmağa vadar edirdi. Rəqibimizə isə heç-heçə də kifayət edəcəkdi ki, növbəti mərhələyə birinci pillənin sahibi kimi vəsiqə qazansın”.

Qol.az-ın məlumatına görə, bu sözləri futzal üzrə İspaniya millisinin baş məşqçisi Xose Venansio Lopes Avropa çempionatında yığmamıza qalib gəldikləri oyundan (1:0) sonra deyib.

O, komandamıza çətinliklə qalib gəldiklərini bildirib: “Onları topsuz qoymağı tapşırmışdım. Çünki Azərbaycan millisinin heyətində ağıllı, texnikalı oyunçular çoxdur. Çətin olsa da, bunu bacardıq. Rəqibin də hesabı bərabərləşdirmək üçün şansları oldu”.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner