“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Antalya toplaşı çərçivəsində Çexiyanın “Bohemians" klubu ilə keçirilən yoxlama oyunundan (1:3) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Komandanızın oyun sizi razı saldımı?
- İlk növbədə bu matçın olmasından razıyam. Çox yaxşı məşqimizin olması məni razı salır. Düzgün məşq etdik, futboçular və onların vəziyyyətləriylə bağlı çoxlu imformasiya əldə etdik. Bütün bunları nəzərə alsaq, bugünkü görüşü müsbət məqam kimi qəbul edirəm.
- Ancaq oyunboyu reaksiyalarınızdan görünürdü ki, narazısınız. Hətta aqressivliyiniz diqqət çəkirdi...
- Əlbəttə, elə anlar olurdu ki, narazı idim. Ancaq indi bu kimi şeylərə, fərdi xətalara ayrı-ayrılıqda fikir verə bilmərik. Oyunu qlobal, bütöv şəkildə təhlil etməliyik. Bu baxımdan hər şey qaydasındadır. Lakin aldığımız məlumat təkmilləşməyə, qısa zamanda müəyyən düzəlişlərə məcbur edir. Biz də bununla məşğul olacağıq. Qalan qısa müddətdə bəzi məqamları çatdıra biləcəyimiz qədər düzəldəcəyik.
- Artıq təlim-məşq toplanışının böyük hissəsi arxada qalıb, qış hazırlığı bitmək üzrədi. Toplanışa əsasən komadanı mövsümün həlledici mərhələsinə fiziki, psixoloji cəhətdən hazır sayırsınızmı? Onu da nəzərə alaq ki, fasilədən sonra ilk oyun lider, çempionluq uğrunda əsas rəqibiniz "Qarabağ"ladı...
- Onu deyə bilərəm ki, Antalya toplanışında çox yaxşı iş gördük. Mənfi saya biləcəyimiz çox az məqam var. Əlbəttə, bilirik ki, çempionatın startınadək qalan qısa müddətdə müəyyən şeyləri düzəltməliyik. Bunu nə dərəcədə çatdıra biləcəyik, zaman göstərəcək. Ümumilikdə hər şey yaxşıdı. Sakit şəkildə işləmək üçün hər cür atmosferi yaratmağa çalışıram. Komandanın emosinal, psixoloji vəziyyəti yaxşıdı və bu, məni sevindirir. "Qarabağ"la oyuna köklənə bilmərik və ya bu rəqibdən çəkinərik, bunlardan söhbət gedə bilməz. "Qarabağ" haqda indidən nəsə demək tezdi. Antalyada hələ bir yoxlama oyunumuz da var. Bundan sonra belə, "Qarabağ" haqda danışmaq mənasızdı. Çünki bu rəqibi yaxşı tanıyır, onunla matçın önəmini hamımız yaxşı bilirik. Psixoloji planda narahatçlığa əsas, bu haqda danışmağa səbəb görmürəm.
- İstədiyiniz yeni transferlə bağlı konkret variant varmı?
- Hələ ki yox. Bizə hücumda oynayan futbolçu lazımdı. Onun müəyyən xarakteristikası olmalıdı. Konkret hansılardı, bunu bilirik. Başa düşürük ki, istədiyimiz transferi reallaşdırmaq şansımız böyük deyil. Ancaq komandamıza cəlb etdiyimiz həmin səviyyəli futbolçu bizə çox lazımdı. Bizdə belə bir yeni fiqur çatmır. Onu da başa düşürük ki, planlaşdırdığımız transferi etməsək, əlbəttə, bu, bizim üçün mənfi olacaq. Məsələnin həllini fevralın 9-da qış "transfer pəncərəsi" bağlananadək çatdırmağa çalışacağıq. Həmin addımı ata bilməsək, hər şey əvvəlki kimi olacaq.
- Oyunda buraxdığınız ilk qolda Qismət Alıyevin səhvi oldu və onu əvəzlədiniz. Meydana Hacıağa Hacıyevi buraxdınız və o, matçda yeganə qolunuzun müəllfi oldu. Bu iki futbolçunun 21 yaş limitinə uyğun gəldiyini nəzərə alsaq, Qismətin yerinə başqasını oynatmağı düşünürsünüz?
- Yox, niyə ki? Bir sıra futbolçularımızı 30 dəqiqə oynatmağı düşünürdük. Qismət də onlar sırasında idi. Həmin mövqedə - müdafiənin sağ cinahında digər futbolçuya baxmaq məqsədimiz idi. Hər şey planlaşdırılmışdı.
- Millimizin Moldova yığmasıyla dünənki yoldaşlıq görüşünə baxdınızmı? Baxdınızsa, futbolçularınızın çıxışını necə dəyərləndirərdiniz?
- Yox, oyuna baxmamışam. Açığı, özümə imkan verə bilmərəm ki, Moldova yığmasıyla iki saat yoldaşlıq görüşünə baxım. Məşğul olmağa daha ciddi işlərim var. Bu səbəbdən millinin oyununu görməmişəm.
- Milli üzvləriniz düşərgəyə normal vəziyyətdə qayıdıblar?
- Bəli. Gördüyünüz kimi, kefləri yaxşıdı, gülürlər. Ruslan Qurbanovla Cavid Hüseynovu oynatmadım. Təmkin Xəlilzadəyə isə ikinci hissədə şans verdim. Normal vəziyyətdədirlər.
Mənbə: Qafqazinfo.az
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı
Paraqvayda millinin uğuruna görə tətil elan edildi
DÇ-2026: 1/8 finalın ilk cütü müəyyənləşdi
Braziliyanı 1/8 finala aparan qələbə - Video
Almaniya mundialla vidalaşdı - DÇ-2026-da sensasiya
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
“Bu heyət dünya çempionu olmağa qadirdir” - Kazemiro
“İmişli”ni I Liqa klubuna dəyişdi
Braziliya millisinin seriyası davam edir
U-17 millimiz Tacikistana məğlub olub
Braziliya - Yaponiya oyununun ən yaxşısı kim seçildi?