"Keşlə" Meza Kolli ilə müqavilə bağlayacaq

"Keşlə" Meza Kolli ilə müqavilə bağlayacaq
GÜNDƏM 31 Yanvar 2018 / 14:40 4332
-  A +

Antalyada təlim-məşq toplanışında olan "Keşlə" heyətinə yeni oyunçu cəlb edib.

Klubdan Qol.az-a verilən məlumata görə, iki gündür komandaya qoşulan Sezar Meza Kollinin durumu  məşqçilər korpusu tərəfindən bəyənilib.

Onunla mövsümün sonuna qədər müqavilə imzalanacaq.

Xatırladaq ki, paraqvaylı yarımmüdafiəçi 2013-2016-cı illərdə "İnter"də (İndiki "Keşlə") çıxış edib. O, son olaraq ölkəmizdə "Zirə"də oynayıb.

Əlavə edək ki, Sezar Meza Kollinin qardaşı Derlis Meza Kolli "Neftçi"nin üzvüdür.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner