Azərbaycan yığmasının bu gün keçirilən açıq məşqində millimizin üzvü Təmkin Xəlilzadə də jurnalistlərin suallarını cavablandırıb.
- Millidə dəyişən nə var?
- Dəyişən bir şey yoxdur. Millinin uğuru üçün əlimizdən gələni edirik. Məşqlərimiz də qaydasındadır. Baş məşqçi və kollektivimiz yenidir. Amma bu, heç nəyi dəyişdirmir. Məqsədimiz birdir: millinin uğuru. Sabah Qurban Qurbanovun yığmada baş məşqçi kimi debütü olacaq. Ona uğurlar arzu edirəm. Meydanda əlimizdən gələnin ən yaxşısı etməyə çalışacağıq. Qələbə üçün meydana çıxacağıq.
- Qurban Qurbanovun futbolçulardan əsas istəyi nədir?
- İlk növbədə bizdən millinin məsuliyyətini dərk etməyi tələb edir. Bu formanı geyinmisənsə, haqqını verməlisən. Qurban Qurbanov ilk növbədə nizam-intizama önəm verir. Meydanda davranış qaydaları və digər məsələlər. Meydanda bütün xalqımızı təmsil edirik.
- Robert Prosineçkinin dönəmində də milliyə dəvət aldın. Məşqlərdə fərq hiss olunur?
- Məşqlərdə böyük fərq yoxdur. Toplu çalışmalara üstünlük veririk. Bildiyiniz kimi, “Qarabağ”da Qurban müəllimin rəhbərliyi altında top qovmuşam. Onun əsas istəyi topu nəzarətdə saxlamaqdı. Rəqibi topsuz qoymaq, itirilən kimi pressinq etmək. Bizdən daha çox tələb olunan nizam-intizamdır.
- Müdafiədə və yarımmüdafiədə çıxış edirsən. Millidə hansı mövqeydə çıxış edəcəksən?
- Yığmada müdafiəçi kimi oynayacam. Bu mövqedə məni sınayıb. İnşallah, sabah görək necə olacaq.
- Sənin üçün hansı mövqeydə çıxış etmək rahatdır?
- Belə deyək, fərqi yoxdur. Hər iki mövqeydə oynadığım üçün mənə yad deyil.
- Yoldaşlıq görüşü olsa da, yəqin ki, Moldova yığmasını təhlil etmisiniz...
- Əlbəttə, məşqdən öncə iclasda müzakirə olundu. Kompakt, sıx və müdafiədə yaxşı oynayırlar. Hücum və müdafiədə yaxşıdılar. Ciddi hazırlaşmışıq. Çətin olacaq.
- “Qəbələ”nin heyətində son görüşdə zədə almışdın. Durumun necədir?
- Böyük problem yoxdur. Zərbə almışdım, məşqçi də məni əvəzlədi. Risk etmək istəmədi. Ciddi nəsə yoxdur.
- “Qəbələ”nin heyətində “Arsenal”la (Tula) matçda (3:3) penaltini icazəsiz vurmağın baş məşqçi Roman Qriqorçuku özündən çıxarmışdı...
- Komandada yeniyəm. Cavid Hüseynov meydanda olsaydı, topa ömrüboyu yaxın durmazdım. Çünki ağ nöqtəyə hər zaman o yaxınlaşır. Kapitanlıq bazubəndi Asif Məmmədovun qolunda idi. O da razı oldu və digər futbolçular da narazılıq etmədilər. Qol vurmaq istəyirdim. Təəssüf ki, alınmadı. Bəlkə də, fərqlənsəydim, başqa cür qarşılanardı. Bundan sonra daha diqqətli olacam.
- Roman Qriqorçuk hər şeyə həssas yanaşır. Gözündən düşməzsən?
- Xeyr, inanmıram ki, bu, baş versin. Komandaya qayıdanda özü ilə söhbət edəcəm. Yəqin ki, məndən küsməyib və hər şey qaydasındadır.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi