“Azərbaycanla oyun gənc futbolçular üçün böyük şansdır”

“Azərbaycanla oyun gənc futbolçular üçün böyük şansdır”
GÜNDƏM 29 Yanvar 2018 / 15:16 2926
-  A +

Moldova millisinin baş məşqçisi Aleksanr Spiridon Antalya toplanışı çərçivəsində yığmamızla keçiriləcək yoxlama oyunu barədə danışıb.

Qol.az-ın moldfootball.com saytına istinadən yaydığı xəbərə görə, o, bu görüşü gənc futbolçular üçün yaxşı şans adlandırıb:

“Bu toplanışa xeyli gənc futbolçu cəlb etmişik. Artıq Cənubi Koreya ilə oynadıq. Qarşıda Azərbaycanla görüş durur. Bu oyun meydana az çıxan gənc futbolçular üçün böyük şansdır”.

Qeyd edək ki, millimizin Moldova ilə sabah keçiriləcək oyunu saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər