"Məşq xarakterli oyun oldu" - "Kəpəz"ə 3 qol vuran futbolçu

"Məşq xarakterli oyun oldu" -  "Kəpəz"ə 3 qol vuran futbolçu
GÜNDƏM 29 Yanvar 2018 / 11:10 3059
-  A +

“İlk qələbə bizi çox sevindirdi. Çünki əvvəlki iki matçdan sonra qalib gəlməyi çox arzulayırdıq. 8 qol vurmaq sevindirici haldır”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Yagelloniya”nın yarımmüdafiəçisi Pşemıslav Frankovski Antalya toplanışı çərçivəsində “Kəpəz”ə 8:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra  deyib.

Görüşdə het-trik edən 23 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında matçın onlar üçün məşq xarakterli alındığını bildirib: “Yoxlama oyununda nəticənin elə də önəmi olmasa da, hər dəfə 8 qol vurmaq alınmır. Ancaq bu, aldadıcı olmamalıdır. Sadəcə, rəqib bu gün yüksək səviyyədə deyildi. Bizim üçün məşq xarakterli oyun oldu. Çempionat matçları isə fərqli olur”.

Daha çox


Son xəbərlər
topaz banner