"Kəpəz"lə oyun asan oldu" - “Yagelloniya”nın baş məşqçisi

"Kəpəz"lə oyun asan oldu" -  “Yagelloniya”nın baş məşqçisi
GÜNDƏM 29 Yanvar 2018 / 10:15 2375
-  A +

“Komandamın ilk hissədəki çıxışından çox razı qaldım. Nəticədən başqa, meydanda istədiyimizi də etdik. Hücum futbolu oynamaq istəyirdik. Fasiləyədək daha çox hücumda olduq”.

Qol.az-ın məlumatına görə, bu sözləri  “Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot Antalya toplanışı çərçivəsində “Kəpəz”ə 8:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, Polşa klubunun rəsmi saytına açıqlamasında qələbənin asan olduğunu bildirib: “İkinci hissədə müəyyən çatışmazlıqlar oldu. Buna rəğmən yenə topa daha çox  biz yiyələnirdik. Ancaq birinci hissədəki kimi, üstün futbol sərgiləmədik. Çox az təhlükəli hücumlar etdik. Rəqib isə iki dəfə bizə həyəcan yaşatdı və son dəqiqələrdə qol vurdu. Bu səhvə yol verməməli idik. Ümumilikdə isə oyun ürəyimcə oldu. Əvvəlki yoxlama matçları ilə müqayisədə bu dəfə bizim üçün daha asan oldu. Qarşıdakı iki oyunda daha güclü rəqiblərlə üz-üzə gələcəyik. Hər şeyi həmin matçlarda daha yaxşı görəcəyik. Məncə, oyunumuzun səviyyəsi getdikcə yüksələcək”.

Daha çox


Son xəbərlər