Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisi bu gün Sloveniyaya yola düşüb. Qol.az xəbər verir ki, səfəröncəsi yığmamızın təcrübəli oyunçusu Vitali Borisov AFF-nın mətbuat xidmətinə müsahibə verib, hazırlıq mərhələsini və komandamızın şanslarını dəyərləndirib.
- Bakıdakı hazırlıq dövrünü necə dəyərləndirirsən?
- Komandanın yaxşı hazırlıq keçməsi üçün hər cür şərait yaradılmışdı. Düzdü, 3 oyunçu, o cümlədən mən bir qədər gec qoşulduq milliyə. Daha doğrusu, dəvət edildiyimiz vaxtda millinin düşərgəsində olduq. Müəyyən problemlərimiz oldu. Zədə üzündən Thaqo məşqlərdə iştirak edə bilmədi, o, fərdi hazırlıq keçdi. Toplanış çərçivəsində 2 yoldaşlıq oyunu keçirdik. Bizim üçün vacib qarşılaşmalar oldu. Səhvlərimizi gördük. İran kimi komanda hansı mövqedə axsadığımızı ortaya çıxardı. Oyundan sonrakı 2-3 gün ərzində həmin səhvlər üzərində işlədik.
- İki fərqli oyun oldu. Bu qədər fərqin yaranmasına nə səbəb oldu?
- Səbəblər müxtəlifdi. Həm yorğun olduq ikinci oyunda, üstəlik birinci qarşılaşmada iştirak edən Vassoura bu dəfə meydana çıxmamışdı. Bundan başqa, müxtəlif taktiki variantları sınamağa çalışdıq. İran millisi Bakıya əsas heyətlə gəlmişdi. Təbii ki, belə güclü sparrinqlə qarşılaşmanınn ancaq müsbət təsiri ola bilər.
- Baş məşqçi əsasən müdafiədə səhvlərə yol verdiyinizi və bir neçə oyunçunun, o cümlədən sənin tam hazır olmadığını qabartdı.
- Alesionun taktiki baxımdan istədiklərini vermək mənə görə çətin deyildi. Çünki çox dəyişiklik olmayıb. Əsas problemim fiziki hazırlıqla bağlı idi. Serbiya çempionatı 1 aya yaxın idi başa çatmışdı. Taktiki yox, fiziki baxımdan bir qədər axsama var. Qollara gəldikdə, 2 qolu standart vəziyyətdən buraxdıq. Digərlərini isə müdafiədə etməməli olduğumuz səhvlərdən sonra qapımızda gördük.
- İranla Fransanın oyun üslubunun oxşar olduğu deyilir. İrana qarşı hansı oyunu nümayiş etdirsəniz, qələbə qazanmaq mümkün olacaq?
- Birinci oyundakı oyunu nümayiş etdirə bilsək, uğurlu nəticə qazanacağıq. Deməzdim, İranla Fransanın oyun üslubu eynidi. İran Fransadan ən azı 3 dəfə güclü komandadı. Təsadüfi deyil ki, dünyada 4-cü yerdə qərarlaşıblar. Fransanı tam analiz etməmişik. Ancaq inanmıram ki, İrandakı kimi Fransada 12 futzalçıdan 10-u eyni gücdə, səviyyədə olsun. Ola bilsin, 2-3 seçilən futzalçısı olsun Fransanın.
- Fransanın əsas təhlükəli tərəfi nədi?
- Fiziki və atletik baxımdan güclüdürlər. Taktiki planda güclü olmasalar da, seçidikləri oyun üslubuna sona qədər sadiq qalırlar. Fiziki üstünlüklərindən sona qədər yararlanmaq istəyirlər. Zəif rəqib deyillər. Avropa çempionatında zəif komanda olmur.
- Millimiz artıq bir imic formalaşdırıb. Beşinci dəfə iştirak edəcəyimiz yarışda bu imici qorumaq mümkün olacaqmı?
- Minimum tapşırıq qrupdan növbəti mərhələyə yüksəlməkdi. İndi yaxşı komandamız var. Dünya çempionatında iştirak edən heyət qorunub. Şansımız var ki, yarımfinala qədər yüksələk. Sloveniyaya bunun üçün gedirik.
Norveç Kot d'İvuara qalib gəldi
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı
Paraqvayda millinin uğuruna görə tətil elan edildi
DÇ-2026: 1/8 finalın ilk cütü müəyyənləşdi
Braziliyanı 1/8 finala aparan qələbə - Video
Almaniya mundialla vidalaşdı - DÇ-2026-da sensasiya
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
“Bu heyət dünya çempionu olmağa qadirdir” - Kazemiro
“İmişli”ni I Liqa klubuna dəyişdi
Braziliya millisinin seriyası davam edir
U-17 millimiz Tacikistana məğlub olub
Braziliya - Yaponiya oyununun ən yaxşısı kim seçildi?
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi