“Yuventus”un 19 yaşlı futbolçusu karyerasını başa vurdu

“Yuventus”un 19 yaşlı futbolçusu karyerasını başa vurdu
GÜNDƏM 18 Yanvar 2018 / 20:11 6673
-  A +

“Yuventus”un futbolçusu Andrea Melani karyerasını bitirib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, ürəyində problem aşkarlanan 19 yaşlı müdafiəçi bu addımı atmalı olub.

Melani İtaliya D Seriyasında çıxış edən “Messese” klubuna icarəyə verilərkən tibbi müayinədən keçib və məlum olub ki, ürəyindəki problemə görə futbol oynaya bilməz.

Qeyd edək ki, italiyalı futbolçu ötən mövsümü icarə əsasında “Karpi”də oynayıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
20.08.26  13:58

La Liqada 400-cü oyun

topaz banner