Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Türkiyənin “Konyaspor” klubu ilə ilyarımlıq müqavilə bağlayacaq.
“Hazırda “Konyaspor”un düşərgəsindəyəm. Mən “Kocaelispor”un heyətində çıxış edərkən, “Konyaspor”un nümayəndələri oyunumu izləyiblər və xoşlarına gəlib. Yəqin ki, bu klubla ilyarımlıq müqavilə bağlayacağam” - deyə «Trend News»a Türkiyədən Sadıqov bildirib.
Türkiyə Super Liqasında çıxış edən “Konyaspor” 17 xalla 12-ci yerdədir. Sadıqov “Konyaspor”dan əvvəl İspaniyanın “Valyadolid”, Türkiyənin “Kocaelispor” klubu ilə müqavilə bağlamağa yaxın olub.
Futbolçu “Kocaelispor”da qalmamasının maliyyə problemi ilə bağlı olduğunu bildirib. “İki gün əvvəl “Kocaelispor”un prezidenti bizimlə görüşərək, maliyyə probleminin həll olunduğunu, komandaya yeni baş məşqçinin dəvət olunduğunu bildirdi. Amma bir gün sonra məlum oldu ki, baş məşqçi məsələsi və maliyyə problemi həll olunmayıb. Ona görə də dünən axşam “Konyaspor”un dəvətini qəbul edərək, bu komandanın düşərgəsinə gəldim”, - deyə Sadıqov əlavə edib.
Sadıqov deyib ki, “Kocaelispor” rəhbərliyi onun komandada qalmasını istəsə də, o, bununla razılaşmayıb.
Yığma komandanın kapitanı qeyd edib ki, “Konyaspor”a transferi qarşıdakı günlərdə rəsmiləşəcək.
***
Qol.Az-ın məlumatına görə, «Konyaspor» klubunun başkan yardımçısı Bünyamin Sarıtaş deyib ki, artıq 3-4 futbolçu ilə razılıq əldə ediblər və həftə sonu onlarla müqavilə imzalayacaqlar: «Hələlik həmin futbolçuların adlarını açıqlamaq istəmirəm.Yalnız onu deyə bilərəm ki, müqavilə bağlayacağımız yeni futbolçular orta sahə və hücum xəttində oynayırlar”.
Maraqlıdır ki, «Konyaspor» rəsmisi müqavilə bağlayacaqları futbolçular arasında müdafiəçinin olmadığını söyləyib. Azərbaycan milli komandasının müdafiəçisi Rəşad Sadıqov isə bu komandayla ilyarımlıq müqavilə bağlayacağını bildirib.
***
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov bu gün Türkiyənin “Konyaspor” klubu ilə komandanın təlim-məşq toplanışı keçdiyi “Kocaeli Kartepe Greenpark” otelindən Konyaya gedib. Bu barədə Türkiyədən «Trend» futbolçu özü məlumat verib. Sadıqov “Konyaspor”a Türkiyənin digər Superliqa təmsilçisi olan “Kocaelispor” klubundan keçib. “Kocaelispor”un maliyyə problemləri olduğundan, Sadıqov bu klubla müqavilə bağlamayıb. Futbolçu bildirib ki, o, “Konyaspor”la il yarımlıq müqavilə bağlamağa hazırlaşır. “Bəziləri “Konyaspor”un düşərgəsində olduğuma şübhə ilə yanaşırlar. Hazırda komandanın yanındayam və “Konyaspor”un baş məşqçisi Giray Bulakla da söhbət etmişik. “Konyaspor”a gələcəyimlə bağlı baş məşqçiyə əvvəlcədən məlumat verilmişdi”.
***
Az əvvəl hazırda Türkiyənin Antalya şəhərində olan Ağdamın «Qarabağ» klubunun rəsmi saytı milli komandamızın kapitanı Rəşad Sadıqovla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: «Rəşad Sadıqov Türkiyə superliqasında futbol həyatını davam etdirəcək. Bir neçə kluba keçəcəyi haqqında söyləntilər olan istedadlı müdafiəçi artıq "Konyaspor"un futbolçusudur. Azərbaycan idman məkanında sadəcə biz tərəfindən bu xəbəri verməkdən məmnuniyyət duyduğumuzu bildirik. Türkiyədə hazırlıq keçən komandamızın etibarlı mənbədən aldığı xəbər dəqiqdir. Nəzərinizə çatdıraq ki, Sadıqovun qaldığı otel məskinlaşdığımız oteldən cəmi 25 kilometr aralıdadır. Millimizin kapitanıyla birlikdə sabiq «Trabzonspor»lu Ayman da «ağ-yaşıl»larla müqavilə bağlayıb».
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu
“Şamaxı”nın yay hazırlığı harada olacaq?
Eriksenin karyerası təhlükə altında?
DÇ-2026: Özbəkistan millisinin oyun təqvimi
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
“Fiorentina”ya yeni baş məşqçi təyin edildi
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
"Milan" Fransa millisinin üzvünü transfer etmək istəyir
Kukurella "Çelsi"dən gedir
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
Azərbaycan gimnastlarından Dünya kubokunda üç qızıl medal
Misli Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu - Video
Konate “Real"la müqavilə imzalayıb
FİFA prezidenti Eriksendən danışdı
“Azərbaycandan mənə dedilər ki, gözləyin” - Yuri Maksimov
İtaliya Yunanıstana qalib gəldi - Video
"Şəfa"dan yayın ilk transferi
Modriç oyun sayında Messiyə çatdı
Kristian Eriksenin durumu bəlli oldu
Yuran təyinatından iki həftə sonra istefa verdi
Ardıcıl 8-ci dəfə "Real"ın prezidenti seçildi - Rəsmi
Braziliya millisində dəyişiklik
Yaya Ture baş məşqçi təyin edildi
Aziz Yıldırım "Fənərbaxça"nın prezidenti seçildi - Rəsmi
Dünya çempionatından klublar nə qədər qazanacaq?
“Ayntraxt” 5 futbolçusunu yola sala bilər
“Feyenoord”dan gözlənilməz qərar - Van Persi göndərildi
İngiltərə klubundan ona 60 milyonluq təklif var
Milli müdafiəçisini yoldaşlıq matçında itirdi
"Barselona"ya keçə bilər
Kipr yığması səfərdə qalib gəldi
Deşam DÇ-2026 favoritlərini açıqladı
"Ehtiyat oyunçu statusu məni narahat etmir"
İran millisindən yekun qərar - ABŞ-da qalmaq olmayacaq
"Çelsi" İraoladan niyə imtina etdi?
"Barselona" Yamala şərt qoydu