Ukraya ilə yoxlama oyunu zamanı huşunu itiran Danimarka millisinin kapitanı Kristian Eriksenin durumu məlum olub.
QOL.az "Marca"ya istinadən xəbər verir ki, komandanın həkimi Morten Boesen futbolçunun özünü yaxşı hiss etdiyini deyib:
"Kristian meydanı özü tərk edib. Məncə, kardiostimulyator lazım olduğu kimi işləyir. O, qısa müddətə huşunu itirib, amma çox tez özünə gəlib və biz onunla tez bir zamanda əlaqə saxladıq. İndi o, xəstəxanada daha ətraflı müayinədən keçəcək və hadisənin səbəbini öyrənəcək. Biz onunla və xəstəxanadakı həkimlərlə davamlı əlaqə saxlayırıq. Amma Kristian yaxşı idi və o, məndən bütün oyunçuları salamlamağımı və hər şeyin qaydasında olduğunu deməyimi istədi".
Qeyd edək ki, Eriksenin huşunu itirərək yerə yıxılmasından sonra matçın baş hakimi oyunu yarımçıq dayandırıb.
Xatırladaq ki, Kristian Eriksen oxşar hadisə ilə 2021-ci ildə, Avropa çempionatı zamanı Finlandiya ilə oyunda da üzləşmişdi. Həmin vaxt meydanda huşunu itirən futbolçunu həkimlər böyük çətinliklə həyata qaytara bilmişdilər. Eriksen həmin hadisədən sonra 8 ay yaşıl meydanlardan kənarda qalmışdı.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası