AFFA İcraiyyə Komitəsinin qərarları

AFFA İcraiyyə Komitəsinin qərarları
GÜNDƏM 20 Dekabr 2017 / 15:27 2453
-  A +

Bu gün Bayıl stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev assosoiasiyanın təsis olunmasının 25 illik yubileyi ilə əlaqədar İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevə ölkə futbolundakı səmərəli fəaliyyətinə görə diplom və xüsusi hədiyyə təqdim edib.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra bir sıra qərarlar qəbul olunub. 

Milli komandalarımızın baş məşqçisi vəzifəsinə təyinatlar təsdiq edilib. Rəşad Sadıqov U-21 və U-20, Vüqar Məmməd U-19, Zaur Həşimov U-18, Ramin Quliyev U-17 millisinin çalışdırıcısı olub.
 
FIFA-nın göstərdiyi maliyyə yardımı hesabına Sumqayıt şəhər stadionunun ərazisində 2 ədəd, Bakı Olimpiya Stadionunun ərazisində 1 ədəd təbii ot örtüklü standart ölçülü meydan salınmasına dair qərar verilib.
 
Nailə Rüstəm-zadə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sədri təyin olunub.
 
İclasda həmçinin “Futbol oyunlarının nəticəsinin manipulyasiyası faktları” və “Region Liqası” turniri ilə bağlı xüsusi təqdimatın müşayiəti ilə məlumat verilib.

Daha çox


Son xəbərlər