"Bu qədər pul olsaydı, çempionatda 8 yox, 14 komanda saxlayardıq" - Elxan Məmmədov

"Bu qədər pul olsaydı, çempionatda 8 yox, 14 komanda saxlayardıq" -  Elxan Məmmədov
GÜNDƏM 20 Dekabr 2017 / 13:06 3533
-  A +

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanın İspaniya Kral Futbol Federasiyasının baş sponsoru olmaq üçün 50 milyon avro təklif etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Qol.az-ın məlumatına görə, o, İspaniyanın "As" nəşrinin yazdığı xəbərin doğru olmadığını bildirib:

"Gündəmdə belə bir məsələ yoxdur. Hərdən belə məlumat olur. Bu, marketinq addımlarının işidir. Bu cür edirlər ki, maraq yaransın. Bu qədər pul olsaydı, çempionatda 8 yox, 14 komanda saxlayardıq”.

Daha çox


Son xəbərlər