“Səbail”in kapitanı Eltun Yaqublu Topaz Premyer Liqasının XI turunda “Qəbələ”yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o,əvvəlcə oyunla bağlı fikirlərini açıqlayıb.
- Ümumi götürsək, “Qəbələ”nin cəmi 3 epizodu oldu. Hamısında da qol vurdular. Elə ciddi imkanları olmadı. Kiçik səhvlərimizdən məğlub olduq. Bu da komandaya mənfi təsir edir. “Qəbələ”də hamısı təcrübəli, səviyyəli futbolçulardı. Belə səhvləri bağışlamırlar.
- İlk dəqiqələrdə başabaş oyun getdi. Təhlükəli hücumlarınız oldu. Qol epizodları yaxalasanız da, istifadə edə bilmədiniz. Bu, nə ilə bağlıdı?
- Məşqlərdə də hücum futboluna üstünlük veririk. Samir Əliyev bizə qapalı futbol oynatmır. Tələb edir ki, arxada oturub uduzmaqdansa, hücum edək. Müdafiədə oturmağa imkan vermir. “Qarabağ”la oyunda da gördünüz ki, epizodlarımız oldu. Bu gün də oynamaq olardı. Sadəcə son vuruşlarda nəsə çatmır. Topu qapıdan keçirə bilmirik. Məncə, əsas səbəb təcrübəsizlikdi.
- Səncə, 3:1 ədalətli nəticədi?
- Ədalətli hesab etmək olar. 3:1 hesablı qələbə qazandılar. Nəticə hər şeyi deyir.
- Buraxılan qola qədər “Səbail” daha istəkli görünürdü. Qoldan sonra komanda sanki psixoloji gərginlik yaşadı...
- Ola bilər, kənardan belə görünsün. Amma belə deyil. Xatırlayırsınızsa, “Zirə” ilə oyunda da erkən qollar buraxdıq. Amma “sınmadıq”, sonadək mübarizə apardıq. Azərbaycan çempionatında istənilən rəqiblə oynamaq olar.Baxmayaraq ki, oyunçularımız gənc və təcrübəsizdirlər, legionerlər azdı, düşünürəm ki, axıra kimi oynayırıq. Ən azından ən meydanın içində bunu hiss eləmirəm.
- Qolu son dəqiqələrdə vurdunuz. Necə düşünürsən, bunu daha əvvəl etsəydiniz, hesab fərqli ola bilərdimi?
- Hesab 2:0 olarkən vursaydıq, daha çox təzyiq edə bilərdik. Bəlkə də rəqib səhv edərdi. Eyni zamanda, 3-cü qolu buraxmasaydıq, ən azı 1 xalla qayıda bilərdik.
Fransa - İsveç: Heyətlər
Norveç Kot d'İvuara qalib gəldi
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı
Paraqvayda millinin uğuruna görə tətil elan edildi
DÇ-2026: 1/8 finalın ilk cütü müəyyənləşdi
Braziliyanı 1/8 finala aparan qələbə - Video
Almaniya mundialla vidalaşdı - DÇ-2026-da sensasiya
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
“Bu heyət dünya çempionu olmağa qadirdir” - Kazemiro
“İmişli”ni I Liqa klubuna dəyişdi
Braziliya millisinin seriyası davam edir
U-17 millimiz Tacikistana məğlub olub
Braziliya - Yaponiya oyununun ən yaxşısı kim seçildi?
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu