Bakının «İnter» klubunun İtaliya «Milan»ını Azərbaycana gətirmək cəhdləri baş tutmadı. Komandanın prezidenti Georgi Nikolov KİV-ə açıqlamasında bunun səbəbini «Milan»ın onlardan 1,5-2 milyon avro civarında pul tələb etməsilə əlaqələndirib. Dünyada hələ də davam edən maliyyə böhranı səbəbindən «İnter» «Milan»ın təklifini qəbul etməyib, buna görə də komanda özünün beş illik yubileyilə əlaqədar Avropanın başqa bir tanınmış klubunu Azərbaycana dəvət etmək qərarına gəlib.
Əslində, «Milan» kimi nəhəng klubun Azərbaycanda hətta yoldaşlıq görüşünə gəlməsi də futbolsevərlərimiz üçün önəmli bir hadisəyə çevrilərdi. Bu mənada, ilk baxışda «İnter»in addımını bəlkə təqdir etmək də olardı. Axı, azərbaycanlı futbol azarkeşi nəhayət, ölkəmizdə başdan-ayağa ulduzlarla dolu olan komandanı görmək imkanı qazana bilərdi.
Amma hazırkı vəziyyətdə heç 1-2 milyon demirik, lap «İnter»in istədiyi kimi bir neçə yüz min avro verib «Milan»ı Bakıya dəvət etməkdə bir məna varmı? Əgər varsa, o zaman gəlin baxaq, keçmiş SSRİ məkanında hansı ölkənin təmsilçisi ad gününə görə hansısa ulduz komandanı ölkəsinə dəvət etməklə yüzminlərlə avronı havaya sovurur? Bu gün, hal-hazırda ortada ən azı Belarus klubunun nümunəsi var: büdcəsi «İnter»dən 10 dəfə az, konkret iki milyondan dollardan bir az artıq olan Belarusun «Bate» komandası Azərbaycan çempionundan fərqli olaraq futbol nəhənglərini öz ölkəsinə xahiş-minnətlə yox, zorla gətirir. Özü də yoldaşlıq görüşünə deyil, Avropanın ən nüfuzlu turniri olan Çempionlar liqasının qrup mərhələsinin oyunlarına. «Bate»nin qrupda necə çıxış etməsi başqa bir söhbətin mövzusudur, amma fakt budur ki, Belarus çempionu gücünə və höhrətinə görə bu gün «Milan»dan da qat-qat üstün olan Madrid «Real»ını, İtaliya «Yuventus»unu Belarusa gətirməyə məcbur edib. Hələ üstəlik bunun üçün bir qəpik belə ödəməyib, əksinə teletransilasiyadan, bilet satışından özü yüzminlərlə avro qazanıb.
«İnter»lə «Bate» Çempionlar liqasının oyunlarına eyni mərhələdən başladılar. Azərbaycan çempionu ciddi maliyyə böhranı keçirən Makedoniyanın «Rabotniçki» klubunu güc-bəla ilə mübarizədən kənarlaşdırdı, Serbiya «Partizan»ın qarşısında isə boyun əydi.
Bu, qeyri-rəsmi məlumatlara görə, büdcəsi 20 milyon avroya çatan Azərbaycan çempionu «İnter»in Çempionlar liqasında göstərdiyi nəticədir.
Dediyimiz kimi, büdcəsi iki milyon avrodan bir balaca artıq olan «BATE»nin isə uğurları göz qabağındadır. Çempionlar liqasında üç təsnifat mərhələsi adlayan, yarışın qrup mərhələsinə keçən və nəhayət, öz ölkəsinə Avropa nəhəngini yalvar-yapışla yox, zorla gətirən bir komandadan - «BATE»dən bir balaca nümunə götürmək yəqin ki, pis olmazdı.
O zaman Azərbaycan çempionunun «Milan»dan xahiş etməsinə və ona pul ödəməsinə də gərək qalmayacaq: «Milan» da, bir başqa Avropa nəhəngi də Azərbaycana gəlmək məcburiyyətində qalacaq.
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu
“Şamaxı”nın yay hazırlığı harada olacaq?
Eriksenin karyerası təhlükə altında?
DÇ-2026: Özbəkistan millisinin oyun təqvimi
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
“Fiorentina”ya yeni baş məşqçi təyin edildi
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
"Milan" Fransa millisinin üzvünü transfer etmək istəyir
Kukurella "Çelsi"dən gedir
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
Azərbaycan gimnastlarından Dünya kubokunda üç qızıl medal
Misli Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu - Video
Konate “Real"la müqavilə imzalayıb
FİFA prezidenti Eriksendən danışdı
“Azərbaycandan mənə dedilər ki, gözləyin” - Yuri Maksimov
İtaliya Yunanıstana qalib gəldi - Video
"Şəfa"dan yayın ilk transferi
Modriç oyun sayında Messiyə çatdı
Kristian Eriksenin durumu bəlli oldu
Yuran təyinatından iki həftə sonra istefa verdi
Ardıcıl 8-ci dəfə "Real"ın prezidenti seçildi - Rəsmi
Braziliya millisində dəyişiklik
Yaya Ture baş məşqçi təyin edildi
Aziz Yıldırım "Fənərbaxça"nın prezidenti seçildi - Rəsmi
Dünya çempionatından klublar nə qədər qazanacaq?
“Ayntraxt” 5 futbolçusunu yola sala bilər
“Feyenoord”dan gözlənilməz qərar - Van Persi göndərildi
İngiltərə klubundan ona 60 milyonluq təklif var
Milli müdafiəçisini yoldaşlıq matçında itirdi
"Barselona"ya keçə bilər
Kipr yığması səfərdə qalib gəldi
Deşam DÇ-2026 favoritlərini açıqladı
"Ehtiyat oyunçu statusu məni narahat etmir"
İran millisindən yekun qərar - ABŞ-da qalmaq olmayacaq
"Çelsi" İraoladan niyə imtina etdi?
"Barselona" Yamala şərt qoydu