Rəşaddan vida oyunu ilə bağlı açıqlama

Rəşaddan vida oyunu ilə bağlı açıqlama
ÖLKƏ FUTBOLU 2 Oktyabr 2017 / 17:17 7982
-  A +

DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Çexiya qarşılaşması milli komandamızın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq.

Qol.az-ın məlumatına görə, AFFA-nın saytına fikrini bildirən 35 yaşlı müdafiəçi Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib: “Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.

Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib və 5 qol vurub.

Dünya Çempionatı 2026
Son xəbərlər
03.07.26  11:21

Ronaldodan daha bir ilk

topaz banner