“Qarabağ”a 8 oyundur ona görə qol vura bilmirik ki..."

“Qarabağ”a 8 oyundur ona görə qol vura bilmirik ki..."
ÖLKƏ FUTBOLU 1 Oktyabr 2017 / 20:16 6031
-  A +

Topaz Premyer Liqasının 7-ci turunda “Qarabağ”la oyundan (0:0) sonra “Zirə”nin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib.

Qol.az-ın xəbərinə görə, o, komandasının müdafiə xəttinin oyunundan xüsusi razılıq edib.

“Bİlirdik ki, bizi çətin oyun gözləyir. Buna da hazır idik. Sevinirik ki, ilk dövrəni məğlubiyyətsiz bitirdik. Bu gün futbolçular tapşırıqlarımızı böyük ölçüdə yerinə yetirdilər. Yalnız son dəqiqələrdə bir səhvə yol verdilər. Məhz müdafiədəki inamlı oyunumuz xal qazanmağımızı şərtləndirdi”.

A.Abbasov  “Zirə” 8 oyundur “Qarabağ”a qol vura bilməməsinə də toxunub: “Bunun əsas səbəbi “Qarabağ”ın səviyyəsidir. Onlara qol vurmaq asan deyil”.

O həmçinin bildirib ki, komandanızın çempionatda inamlı çıxışına avrokuboklarda qazandıqları təcrübə kömək edir: “Biz gənc komandayıq və çalışırıq ki, hər bir oyundan maksimum təcrübə toplayaq”.


Son xəbərlər
22.06.24  13:45

Polis azarkeşi döydü