"Neftçi"nin futbolçusu Rəhman Hacıyev Topaz Premyer Liqanın 7-ci turunda "İnter"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra brifinq keçirib.
- Uzun müddətdən sonra qələbə qazandınız. Özünü necə hiss edirsən?
- Uzun fasilədən sonra qələbə qazanmaq sevindiricidir. Qələbədə payım olduğu üçün özümü xoşbəxt hiss edirəm. Mövsümə yaxşı başlamadıq və ardıcıl oyunlarda məğlub olduq. Artıq məğlub olmaq haqqımız yoxdur və növbəti oyunlara qələbə əzmi ilə çıxmalıyıq.
- Buna qədər qələbə qazana bilməməyinizə səbəb nə idi?
- "Neftçi"nin bu vəziyyətdə olması heç kimin ürəyincə deyil. Qələbəmiz olmadığı üçün özümüzə gəlməkdə çətinlik çəkirdik. Bu gün oyundan öncə futbolçularla danışdıq və qələbə qazanacağımıza dair söz verdik. Fikrimcə, çox yaxşı oynadıq. Baş məşqçimiz yenidir və onunla yaxşıya doğru irəliləyirik, bir-birimizə inanırıq. Əl-ələ verib bu vəziyyətdən çıxacağıq.
- İlk hissədə yaxşı hücumlar təşkil etsəniz də, cərimə meydançasına daxil olmaqda çətinlik çəkirdiniz. Futbolçularda tələskənlik yox idi?
- Bəlkə də bir-birimizi başa düşməkdə çətinlik çəkirdik. Amma fasilədə baş məşqçimiz bizə tapşırıqlar verdi, çatışmayan cəhətlərimizi bildirdi və buna uyğun oynadıq.
- Bu qələbə komandaya psixoloji cəhətdən necə təsir edəcək?
- Bu qələbə bizim üçün çox vacib idi. Düşünürəm ki, bu, "Neftçi" üçün başlanğıcdır və uğurlu oyunlarımız irəlidə olacaq.
- Necə düşünürsən, növbəti oyunlarda itirilən xalların əvəzini çıxa biləcəksiniz?
- Özümüzə inanırıq. Bu vəziyyətə özümüz düşmüşük və özümüz də çıxmalıyıq.
- Millinin oyunlarına görə çempionatda fasilə yaranacaq. Bu fasilə komandaya necə təsir edəcək?
- Bizim üçün istirahət etmək və növbəti oyunlara yaxşı hazırlaşmaq üçün yaxşı şans yaranıb. Bu şansdan yaxşı yararlanmağa çalışacağıq.
- Komandanın keçmiş baş məşqçisi Elxan Abdullayev və hazırkı mütəxəssis Tərlan Əhmədov arasında hansı fərqlər var?
- Dediyim kimi, xeyli xal itirmişik. Baş məşqçimiz bizi bütün oyunlara qələbə üçün çıxarır və artıq başa düşürük ki, itirəcəyimiz heç nə yoxdur.
- Elxan Abdullayev komandanı bütün oyunlara qələbə qazanmaq üçün çıxarmırdı?
- Əlbəttə, istəyirdi. Sadəcə, alınmırdı.
- "Forza Neftçi" azarkeş qrupu uzun müddətdir ki, sizi tənqid edirdi. Amma bu gün fərqli oldu və siz qələbəni onlarla bölüşdünüz...
- Onları sevindirə bildiyimiz üçün özümüzü xoşbəxt hiss edirik. Azarkeşlər pis günümüzdə də, yaxşı günümüzdə də yanımızda olub.
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video
Kevin Medina yeni klubunda təqdim olundu - Şəkillər
“Kəpəz”ə yeni rəhbər seçilib
Misir millisinin baş məşqçisi ilə polis arasında insident
Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu
Ronaldo eyvana çıxıb azarkeşləri coşdurdu - Video
"Şəfa" Premyer Liqa üçün hazırlığa start verdi - Şəkillər
Alleqrinin yeni klubu rəsmiləşdi
Britaniya futbolu tarixinin ən bahalısı oldu
Futbolçu raket atəşi nəticəsində həyatını itirdi
Ronaldodan daha bir ilk
Mundialla vidalaşdı, milli karyerasını başa vurdu
Naqelsmann Almaniya millisindən ayrıldı
Ronaldo Modriçə nə deyib?
DÇ-2026-da 1/8 finalın müəyyənləşən cütlükləri
İspaniya millisi növbəti mərhələyə belə adladı - Video
Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi
İspaniya 1/8 finalda - Yenilənib
"Neftçi" "ÇFR Kluj"a belə uduzdu - Video
"Rəqib güclü və keyfiyyətli komanda idi" - Yuri Vernidub
Premyer Liqa klubu baş məşqçisini göndərdi
DÇ-2026-da "86-cı dəqiqə" kabusu