"Bursaspor"un futbolçusu millimizdən imtina etdi

"Bursaspor"un futbolçusu millimizdən imtina etdi
ÖLKƏ FUTBOLU 30 Sentyabr 2017 / 00:00 6430
-  A +

“Bursaspor”un və 21 yaşadək futbolçuların ibarət milli komandamızın formasını geyən Ozancan Kökcü gələcək karyerası ilə bağlı qərar qəbul edib.

Qol.az xəbər verir ki, bu haqda o, sosial şəbəkədə yazıb. Belə ki, Kökcü Azərbaycan yığmasında oynamaqdan imtina etdiyini bildirib:

"Bildiyiniz kimi, bir türk vətəndaşı olaraq, irqimiz və qanımızdan olan Azərbaycan millisində oynadım. Bu formanı şərəflə geydim və qürur duydum. Ancaq son zamanlar bəzi olaylar məni düşündürdü və qərar verməyə məcbur oldum.

Düşünürəm ki, milli komandada oynayan futbolçular həmin ölkədə doğulan və özünü həmin məmləkətin vətəndaşı hiss edən şəxslər olmalıdı.

Mən Azərbaycanda oynayan futbolçu dostlarıma qarşı hörmətsizlik etmək istəmirəm. Orada oynayan oyunçulara qarşı haqsızlıq etdiyimi düşünərək Azərbaycan millisində oynamaqdan imtina edirəm.

Mənim əvəzimə oynayan qardaşlarıma uğurlar arzu edirəm. Qəlbim sizinlədir!"

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner