“Qarabağ” – “Roma” oyunu birincidir – azarkeş sayına görə

“Qarabağ” – “Roma” oyunu birincidir –  azarkeş sayına görə
ÖLKƏ FUTBOLU 28 Sentyabr 2017 / 12:22 7318
-  A +

Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" – “Roma” matçı azarkeş sayına görə 2-ci turun bütün oyunlarını qabaqlayıb.

Qol.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytı Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın protokolunda azarkeş sayını 67200 nəfər göstərib. 

Bu görüş “Borussiya” – “Real” matçını da üstələyib. "Signal İduna Park"da keçirilən qarşılaşmada 65849 nəfər azarkeş olub.

Üçüncü yerdə isə “Qarabağ”ın yer aldığı C qrupunda keçirilən  "Atletiko" – “Çelsi” matçıdır. Madrid klubunun yeni istifadəyə verilmiş "Vando Metropolitano" stadionunda keçirilən görüşü 60643 azarkeş izləyib.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq