“Qarabağ”a qarşı yaxşı oyun keçirmədik” - Nainqolan

“Qarabağ”a qarşı yaxşı oyun keçirmədik” -  Nainqolan
ÖLKƏ FUTBOLU 28 Sentyabr 2017 / 00:28 3546
-  A +

“Bizim üçün qalib gəlmək çox vacib idi. Ancaq yaxşı oyun keçirmədik. Buna baxmayaraq, 3 xal qazandıq. Buna görə məmnun ola bilərik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırarkən “Roma”nın yarımmüdafiəçisi Raca Nainqolan deyib.

Belçikalı yarımmüdafiəçi Ağdam klubu ilə matçda erkən qol vurmalarının işlərinə yaradığını bildirib:

“Oyuna əla başladıq. Erkən qollar işimizi asanlaşdırdı. Hesabı 3:0 da edə bilərdik. Lakin “Qarabağ” bizi cəzalandırdı”.

Nainqolan arzulanan səviyyədə çıxış etməkdiklərini söyləyib:

“İstədiyimiz oyunu nümayiş etdirə bilmədik. Meydan şərtlərini və digər amilləri qeyd edə bilərəm. Önümüzə baxmalıyıq və daha yaxşı işlər görməliyik. Bir daha təkrar edirəm ki, 3 xal qazanmaq bizim üçün daha vacib idi. Bəlkə də Bakıya gələndə düşünürdük ki, rahat qalib gələcəyik. Ola bilər ki, nəyisə düzgün qiymətləndirməmişik. Ancaq əhəmiyyətli olan 3 xaldır”.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq