"Roma" layiqli qələbə qazandı" - Qurban Qurbanov

"Roma" layiqli qələbə qazandı" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 27 Sentyabr 2017 / 22:50 7075
-  A +

“Ağır oyun oldu. Xüsusilə, oyunun əvvəli. Rəqibin ustalıq səviyyəsi özünü göstərdi. Lakin 0:2-dən sonra futbolçularım daha diqqətli oynamağa başladılar. Vaxt irəlilədikcə rəqibi daha yaxşı tanımağa başladıq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Roma"ya 1:2 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O, İtaliya klubunun layiqli qələbə qazandığıı bildirib: "Evdə ilk oyunumuz idi. Məğlub olsaq belə, azarkeşlərə gözəl futbol yaşatmaq istədik. Rəqib layiqli qələbə qazandı. Futbolçularımın da çıxışından razı qaldım. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm”.

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə