"Roma" ilə oyunda möcüzə mümkünsüz görünür" - Prosineçki

"Roma" ilə oyunda möcüzə mümkünsüz görünür" -  Prosineçki
ÖLKƏ FUTBOLU 27 Sentyabr 2017 / 15:11 5439
-  A +

“Futbolda möcüzələr olur. Amma “Roma” ilə oyunda bu, mümkünsüz görünür”.

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki İtaliya mətbuatına açıqlamasında deyib.

Xorvatiyalı mütəxəssis “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində bu gün “Roma” ilə qarşılaşacağı oyun haqda danışıb. O, təmsilçimizin bu turnirdə təcrübəsinin az olduğunu və buna görə də çətinlik çəkəcəyini bildirib:

“Düzdür, “Qarabağ” ölkə çempionatında neçə illərdir liderlik edir. Ancaq çempionatda rəqabətlə üzləşmir. Azərbaycanda futbola böyük investisiyalar qoyulmur. Yalnız “Qarabağ” fərqlənir. Ancaq “Qarabağ”ın çempionatda öz səviyyəsində rəqibləri yoxdur”.

Prosineçki “Qarabağ”ın və millimizin üzvü Riçard Almeyda haqda da danışıb: “Qarabağ”ın heyətində  xüsusən, Almeyda xoşuma gəlir. Çox ağıllı futbolçudur, topla əla rəftar edir. Almeyda “Qarabağ”ın və Azərbaycan yığmasının düşünən beynidir”.

Daha çox


Son xəbərlər