... “Qarabağ” tarixində ilk dəfə evdə Çempionlar Liqasının qrup matçına çıxır.
... Futbol tariximizdə ilk dəfə məhz bu oyuna 70 minədək bilet satılıb.
... Bakı Nəqliyyat Agentliyi biletli azarkeşlərin Bakı Olimpiya Stadionuna pulsuz daşınması üçün xüsusi ekspress xətt avtobusları ayırıb. Saat 16.30-dan metronun “Qara Qarayev” və “Gənclik” stansiyalarının yaxınlığında olun!
... Maşınla stadionunun ərazisinə getməyin. Buraxılmayacaqsız!
... “Roma” ÇL-də ardıcıl düz 9 oyundur səfərdə qələbə qazana bilmir.
... “Roma”nın nümayəndəsi Roberto Qandini “Qarabağ”ın hücumçusu Mahir Mədətovu yaxından izləyəcəklərini deyib.
... “Roma”dan Rik Karsdorp (müdafiəçi), Patrik Şik (hücumçu), Ektor Moreno (müdafiəçi) zədəli olduqları üçün oyunu buraxacaqlar. Ansi Aqolli (“Qarabağ”) və Dieqo Perottinin (“Roma”) matçda iştirakı sual altındadır.
... Cəzalı futbolçular: yoxdur.
... Qrupun digər oyununda "Çelsi" "Atletiko"ya qalib gələrsə, yaxud matç heç-heçə başa çatarsa, "Qarabağ" isə qalib gələrsə, bu halda Ağdam klubu qrupda ikinci pilləyə yüksələcək.
... İtaliyanın məşhur “Corriere Della Sera” qəzetində “Roma” öz şəhəri olmayan “Qarabağ”a qarşı" başlıqlı yazı dərc edilib. Yazıda Ağdam şəhərinin 1993-cü ildən işğal olunduğu və Ermənistan ordusu tərəfindən darmadağın edildiyinə diqqət çəkilib, komandanın məşqçisi olmuş Allahverdi Bağırovun məhz Qarabağ müharibəsi zamanı həlak olduğu yazılıb.
... İbrahim Şehiçlə "Roma"nın forvardı Edin Dzeko Bosniya və Herseqovinanın "Jelezniçar" klubuna yardım edirlər. "Gazzetta dello Sport"un yazdığına görə, "Jelezniçar"ın Avropa Liqası oyunlarını öz stadionunda keçirməsi üçün stadion təmir olunanda Şehiç 50 VİP oturacağın, Dzeko isə 30 kreslonun pulunu verməklə yanaşı, vanna otaqlarını da təmir elətdirib.
... “Roma”nın əfsanəsi Françesko Totti oyunu izləmək üçün Bakıya gəlməyib. Buna səbəb 41 yaşı tamam olan futbolçunun vətənində qalaraq ad gününü doğmaları ilə qeyd etmək istəyidir.
... İtaliyadan Bakıya 42 jurnalist gəlib. Onlardan təkcə 16 nəfəri “Roma”nın mətbuat xidmətinin əməkdaşıdı.
Məşqçilər nə dedi?
... “Roma”nın baş məşqçisi Eusebio di Françesko: “Çoxları bizim qələbə qazanacağımızı düşünür. Amma mən belə uzun məsafə qət edib ÇL-in qrupuna düşdüyü üçün “Qarabağ”a hörmət bəsləyirəm. Sizi əmin edirəm ki, bizi asan oyun gözləmir. Rəqib sübut etməyə çalışacaq ki, Londonda “Çelsi”yə böyükhesablı məğlubiyyət təsadüfi olub. Amma biz Bakıya özümüzün yüksək səviyyəmizi göstərməyə, nəticə qazanmağa gəlmişik”.
... “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov: “Bu, bizim qrupda ilk ev oyunumuz olacaq. Bu görüş klubumuz, ölkəmiz və futbolumuz üçün vacibdir. Bəlkə də çoxları elə düşünər ki, “Roma” qrupun heç də ən güclü komandası deyil. "Roma"nı bəlkə də kimlərsə silirdi. Lakin bu komandanın oyunlarını izləmişəm. Çox peşəkardırlar. Buna baxmayaraq, müsbət nəticə qazanmağa çalışacağıq. Top-komandalarda boşluqlar tapmaq çətin olur. Amma futbolda hətta ən güclü komandalar belə səhvlər buraxıb uduzurlar. Biz də buna ümid edirik”.
Və nəhayət... Bu gün, "Qarabağ" - "Roma". Saat 20.00, Bakı Olimpiya Stadionu...
Bileti olmayan, ya da varsa bugünkü soyuq havadan çəkinərək stadiona gələ bilməyənlər matçı "İdman Azərbaycan"da da izləyə bilərlər...
Uğurlar!
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı
“Atalanta”dan 3 qollu qələbə - Video
Superliqada 7-ci tura yekun vuruldu
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"