Futbolumuzda daha bir şanlı tarix yazılacaq. "Qarabağ" Azərbaycanda ilk Çempionlar Liqasının qrup matçına çıxacaq. Nə sovet, nə də müstəqillik dövründə buna yaxın düşəcək bir uğurumuz olub. Bütün biletlər satılıb! Bu o deməkdir ki, Bakı Olimpiya stadionunda 70 min azarkeş çempionumuzu qələbəyə səsləyəcək! Bu da bir tarixdi. Çünki indiyə kimi heç vaxt stadionlarımızda bir futbol matçında bu qədər azarkeş olmayıb.
"Qarabağ" Çempionlar Liqasının debütantıdı. Turnirdə ilk oyunu gözlənildiyi kimi uğursuz alındı. Bütün uğursuzluqların Londonda qalacağına ümidimiz böyükdü. Komandamız qrupda ən zəif rəqiblə üz-üzə gəlir. Bu oyunda qələbə qazanmalıyıq, yalnız qələbə!
Debütantıq deyə hamıya uduzmaq kimi bir borcumuz yoxdu. İki il əvvəl sentyabrın 30-u ÇL qruplarının bir başqa debütantı "Astana" ilk ev matçında "Qalatasaray"la heç-heçə etmişdi. Qazaxıstanlılar daha sonra "Benfika" və "Atletiko"ya da məğlub olmadı. Yəni, evdə heç kimə uduzmadı. "Qalatasaray"dan isə səfərdə də xal almağı bacardı.
"Astana" nə onda, nə indi "Qarabağ"dan güclü klub kimi tanınıb. Bu komandanın öz ölkəsində "Qarabağ" Azərbaycanda sevildiyi qədər sevildiyinə də inanmıram. Təbii ki, "Astana"nın "Qarabağ" qədər azarkeşi, daha yaxşı futbolçuları və baş məşqçisi yoxdu!
O zaman niyə italyanları evlərinə əliboş göndərib qazaxlardan daha yaxşı nəticə göstərməyək?!
Biz Çempionlar Liqası qruplarına hər oyunda uduzmaq üçün yüksəlmədik! Qurban Qurbanovun illərdi saat mexanizmi kimi yığdığı bu komanda hamımızı sevindirəcək! Buna əmin olun və oyunun gedişatından asılı olmayaraq 90 dəqiqə ərzində, final fitinədək dəstəyinizi əsirgəməyin!
"Roma" ilk oyunun nəticəsinə aldanıb bizə ciddi yanaşmasa, lap yaxşı. Amma rəqibin münasibətinə əhəmiyyət vermirik. Bizə rahat şəkildə öz oyunumuzu oynayıb 3 xalı götürmək lazımdı. İtalyanlar başqa planetdən gəlməyib. Onların da 2 ayağı, 1 başı, 1 ürəyi var. Sadəcə bizim ürəyimiz bu qələbəni onlardan daha çox istəyir! "Qarabağ"a inanırıq, Qurban Qurbanova inanırıq, bütün futbolçularımıza inanırıq, azarkeşlərimizə inanırıq!
Xalq olaraq, ölkə olaraq, Azərbaycan olaraq birləşib-bütövləşib qazanacağıq bu matçı! "Roma" üçün bu sıradan bir oyun ola bilər. Amma bizim üçün bu əbədi tarixdi.
Biz qələbəni daha çox istəyirik! Biz qələbəni daha çox haqq edirik! ALLAH da bunu görür və bilir!!!
Uğurlar "QARABAĞ", uğurlar AZƏRBAYCAN!
Anar ŞABANOĞLU
P.S. Qeyd edim ki, postsovet məkanın bir başqa klubu BATE ÇL qrupunda debüt mövsümündə "Yuventus"la həm evdə, həm də səfərdə heç-heçə edib. İki il əvvəl isə yenə ÇL qrupunda evdə "Qarabağ"ın indiki rəqibi "Roma" 3:2 hesabı ilə məğlub edib, səfərdə isə heç-heçəyə nail olub. "Qarabağ" nə BATE, nə də "Astana"dan zəif klub deyil.
Ən nəhayət! "Roma" düz 9 oyundur ÇL-də səfərdə qələbə qazana bilmir...
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı
“Atalanta”dan 3 qollu qələbə - Video
Superliqada 7-ci tura yekun vuruldu
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"