"Bu, Bakıda ilk oyunumuzdur. Hamımız üçün önəmli olduğunu düşünrəm. Belə bir görüşün Bakıda keçirilməsi şəhərimiz, ölkəmiz, eləcə də futbolumuz üçün önəmlidir. "Roma"nı bəlkə də kimlərsə silirdi. Lakin bu komandanın oyununu gördüm. Çox peşəkar komandadır. Çalışacağıq ki, müsbət nəticə əldə edək".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Roma" ilə oyundan öncə təşkil edilən mətbuat konfransında deyib. 45 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını da cavablandırıb.
- 65 min azarkeş önündə oynamaq necə hisdir?
- Təzyiq həmişə olur. Avropa təcrübəmiz olsa da, bunlar tam fərqli turnirlərdir. Stadion məsələsi çox müzakirə olundu. Buna bir daha toxunmağa gərək yoxdur. Nə qədər çox azarkeş önündə çıxış etsək, futbolçular bir o qədər inamlı oynayarlar. Bəzi məğlubiyyətlər böyümək üçün bizə lazımdır. Bundan nəticə çıxarmalıyıq. İlk oyunda 0:6 hesabı ilə uduzsaq da, bu görüşə yaxşı hazırlaşmışıq. Daha yaxşı çıxış etməyə çalışacağıq.
- Miçel Madeyranın cərimə olunması xəbəri doğrudur?
- O, dünən cəzalanıb. Belə şeylər bağışlanılmır. Lakin idmanda belə şeylər olur. Hətta özümdə də olur.
Bunu normal qarşılayıram. Klubda yaratdığımız nizam-intizamdan uzaqlaşmamalıyıq. Miçel peşəkar futbolçularımızdan biridir. Sabah da meydanda olma ehtimalı çoxdur.
- Ansi Aqolinin durumu necədir?
- Hər şey pozitivdir. Son qərarı sabahlı məşqdən sonra verəcəyik. Bəzi mövqelərlə bağlı fikirlərimiz var.
- Heyətdə nə kimi dəyişikliklər etməyi düşünürsünüz?
- Dəyişikliklər olacaq, amma ciddi yox. Çünki rəqib fərqlidir. Üstəlik evdə oynayırıq.
- "Roma"nı canlı izləyəndə zəif yerlərini heç görmədiniz?
- O vaxtı Pro kateqoriya oxuyarkən, Dortmund "Borussiya"sının düşərgəsinə getmişdim. Həmin vaxt fikirləşirdim ki, Azərbaycan futbolu hardadır, "Borussiya" harda? Sonra "Barselona"ya getdim. Dedim ki, "Barsa" hardadır, "Borussiya" harda? "Roma"nı da canlı izlədim. Bir daha şahidi oldum ki, bu rəqib də top- komandadır. Deməzdim ki, çoxlu səhvini gördüm.
- Əvvəllər də İtaliya klublarına qarşı oynamısınız. Müqayisə aparardınız...
- "Roma" "Fiorentina" və "İnter"dən fərqli oyun üslubuna malikdir. Oyunqabağı rəqibi çox da tərifləmək istəmirəm. İtaliyada 2-ci yeri tutmaları hər şeyi deyir.
- Komandanızın üzərində böyük təzyiq olmayacaq. Bunu nəzərə alaraq, Ramil Şeydayev, Mahir Mədətov kimi gənclərə şans verməyi düşünürsünüz?
- Belə oyunlarda kiminsə haqqını əlindən almaq düz olmaz. Kim hazırdırsa, o da oynayacaq.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı
“Atalanta”dan 3 qollu qələbə - Video
Superliqada 7-ci tura yekun vuruldu
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"