“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının VI turunda “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
Qol.az-ın xəbərinə görə, matçdan sonra keçirilən mətbuat konfransında o qeyd edib ki, komandası mübarizə aparıb, rəqibə təzyiq göstərib: “Görüləcək iş o qədər çoxdur ki, nəyə hardan başlayacağımızı müəyyənləşdirməyə çətinlik çəkirik. Psixoloji cəhətdən komanda hələ özünə gəlməyib. Müdafiədəki 2 səhv məğlubiyyətimizə gətirib çıxardı. Ümumilikdə komandadan razı qaldım. Növbəti oyundan sonra çempionatda 16 günlük fasilə yaranacaq. Çalışacağıq ki, həmin müddətdən maksimum yararlanaq. Heyətimiz də kasaddır. Elnur Cəfərov zədədən yenicə qayıdıb. Əlimizdən gələni edəcəyik ki, komanda tezliklə özüə gəlsin və nəticə qazansın”.
Tərlan Əhmədov hesabı bərabərləşdirə bilməmələrinin səbəblərindən də danışıb: “Futbol bu dəqiqə əsasən cinahlardan qurulur. Cinahlarda istədiyim oyun tərzi yoxdur. Cinah müdafiəçilərimiz bu gün ümidləri doğrultmur. 10 ötürmənin 10-nu da rəqibə verəcəksənsə, heç hücuma qoşulmağa ehtiyac yoxdur. 2 hücumçu ilə oynamaq istəyirdik. Lakin Seqovya tam hazır deyildi”.
Baş məşqçi Emin Mahmudovun debütünə də toxunub: “Onun çıxışı məni sevindirdi. Son oyunu ötən mövsüm “Boavişta”nın heyətində olmuşdu. “Neftçi”yə gələnədək son 20 gündə ümumiyyətlə məşq etməmişdi. Amma onun tezliklə formaya düşməsi üçün əlimizdən gələni edəcəyik Tezliklə əvvəlki formasını bərpa etsə, sevinərik”.
“Qəbələ”nin hücumçularının “Neftçi” müdafiəçilərinizi asanlıqla geridə qoymasına da münasibət bildirən T.Əhmədov deyib: “Bunu səviyə fərqi ilə əlaqələndirməzdim. Çünki nə Ruslan, nə Petrov rəqibdən çox da geri qalırdılar. 90 dəqiqə də bunu göstərdi. Sadəcə hücumçu topla irəliləyərkən üstünlüyə malik olur. Bizim komandada bu gün çatışmayan məhz ön xətdə oyunçuların topla irəliləyib, rəqib qapısı qarşısında təhlükə yarada bilməməsidir”.
“Siz təqdimat mərasiminizdə Elxan Abdullayevə zəng vurduğunuzu, onun telefona cavab vermədiyini dediniz. O isə bunun əksini iddia edir. Bu haqda nə söyləyə bilərsiniz” sualına T.Əhmədovun cavabı belə olub: “Çox sağ olsun, mən ona zəng vurduğumu demişəm. Daha sonra buna vaxtım olmayıb, bəlkə də həmin vaxt məşğul olub. Hazırda bütün diqqətimizi “Neftçi”yə yönəltmişəm. Yaxşı olardı ki, Elxan müəllim bizə hörmətlə yanaşsın. Ona 3 dəfə zəng vurmuşam”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı
“Atalanta”dan 3 qollu qələbə - Video
Superliqada 7-ci tura yekun vuruldu
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”