"Günün isti vaxtına oyun salan adam fikirləşməlidir ki..." - Samir Abasov

"Günün isti vaxtına oyun salan adam fikirləşməlidir ki..." -  Samir  Abasov
XƏBƏR 16 Sentyabr 2017 / 19:24 4056
-  A +

“Xeyli qol vəziyyətimiz oldu, ancaq oyun sönük keçdi. Günün isti vaxtına oyun salan adam fikirləşməlidir ki, meydanda 22 nəfər oynayır. İstiyə  görə futbolçulara irad bildirməyə utanırdım”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 5-ci turunda “Sumqayıt”la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

O, səfər oyununda qazanılan bir xalı qənaətbəxş hesab etdiyini bildirib: “İnter” həmişəki taktikasından istifadə edib fərqləndi. Heç-heçə ilə razıyıq. Ancaq qələbə də qazana bilərdik. Həddindən artıq hücuma atıldıq, qol vurmaq istədik. Hansısa mövqenin zəif çıxış etməsindən narazı deyiləm. Ən böyük problemimiz qol imkanlarından yararlana bilməməkdir”.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner