"Neftçi”nin yeni baş məşqçisi Tərlan Əhmədov bu gün mətbuat konfransı keçirib. Qol.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, baş məşqçi jurnalistlərin suallarını cavablandırıb.
- Klubun keçmiş baş məşqçisi Elxan Abdullayev nələr qoyub gedib?
- Elxan Abdullayevə təşəkkür edirəm. Hər şeyi onun üstünə yıxmaq olmaz. Komandada çatışmazlıq çoxdur. Futbolçularda özünəinam azdır. Hər məşqdə onlarda inamı qaytarıram. Futbolçularda bir-birinə qarşı da inamsızlıq var. Komanda yoldaşları bir-birini qəbul etmirlər. Yerlilər bir, legionerlər başqa qruplaşmadır. Bunları aradan qaldırmağa çalışırıq. Zamana ehtiyacımız var. Fiziki durum çox da pis vəziyyətdə deyil. Amma tam olaraq komanda çempionata hazır deyil.
- Vəzifəyə təyin olunduqdan sonra Elxan Abdullayevlə əlaqə saxladınız?
-Bir-iki dəfə cəhd elədim. Amma zəng çatmadı. Yəqin ki, oyundan sonra əlaqə saxlayacağıq. Əlini sıxıb halallığını alacağam.
-Mətbuatda belə xəbərlər var ki, fiziki hazırlıq üzrə məşqçini göndərmək istəyirsiz.
- Çox şey yaza bilərlər. Heç vaxt kin saxlayan insan olmamışam. Mənim üçün işçinin, futbolçunun fərqi yoxdu. Sadəcə olaraq burda bir məqam var. "Neftçi" Azərbaycan futbolunun tarixidir. Qız Qalası, Şirvanşahlar sarayı kimi. Burda həmişə dahi futbolçular, məşqçilər olub. Kalesnikovun böyük təcrübəsi yoxdur. Mən də çalışıram ki, fiziki cəhətdən problem varsa, daha səviyyəli məşqçi dəvət olunsun. Yaxın müddətdə fiziki hazırlıq üzrə məşqi dəyişikliyi olacaq. Amma hələ ki, Kalesnikov öz vəzifəsindədir. Başqa məşqçilərlə danışıqlar aparırıq.
- Büdcə ilə bağlı AZAL-dan çox fərq var
- Yerlə göy qədər fərq var. Heç bir narazılıq ola bilməz. Məni büdcə maraqlandırmır. Mənim tələblərim başqadır. Nə qədər mülayim olsam da, sərt qərarlarım olur. İşdə məsuliyyətsizliyi bağışlamıram. Bu məsələdə məndə insaf yoxdur.
- Özünüz müdafiəçi olmusuz. Bu gün "Neftçi"nin müdafiəsi sizi qane edir?
- Məğlubiyyətdə pay sahibə tək müdafiəçilər deyil. Hamı məsuliyyət daşıyır. Müdafiə hücumdan başlayır. İnamsızlıq qlobal problemə çevrilib. 4 gündür oyunları izləyirəm. Komandanın oyununda xətlərarası anlaşma yoxdur. Müdafiədə də, orta xəttə də, hücumda da problem var. Rəşadı ona görə dəvət etdim ki, müdafiə ilə yarımmüdafiə arasındakı boşluğu dolduraq. Uzun marafonlu yarışı qazanmaq istəyirsənsə, müdafiən mühkəm olmalıdır.
- Qarşınızda hansı məqsəd qoyulub?
- Qışa qədər çox xal qazanmağa çalışacağıq. Qışdan sonra yeni futbolçular cəlb edəcəyik. Çalışacağıq ki, əvvəlki "Neftçi"də olduğu kimi heyətimizə səviyyəli futbolçular cəlb edək. Rəhbərlik bütün səlahiyyəti mənə verib. Bütün problemlərin məsuliyyəti mənə həvalə edlib.
- Böyükağa Hacıyev deyir ki, uğur resepti məndədir. Ondan həmin resepti aldınız?
- Əvvəla Böyükağa müəllimə Allah şəfa versin. İkincisi də heç bir danışığımız olmayıb.
- "Neftçi" 2012/2013-cü il mövsümündə rəhbərliyiniz altında 10 oyunda 21 xal toplamışdı. İndi də bu mümkündür?
- O vaxtla indi arasında çox fərq var. Komandanı yaxşı tanıyırdım. İndi isə cəmi 5 gündü komanda ilə bir yerdəyəm. Konkret neçə xal toplayacağımızı deyə bilmərəm.
- Futbolçulara uğursuzluğa görə cəza nəzərdə tutulub?
- Bəli. Tək uğursuzluğa görə yox, bütün məsələlərdə cəzalarla bağlı kodeksimiz hazırdır. Futbolçu yüksək məbləğdə maaş alırsa, cəzalara hazır olmalıdır.
Mundialda ilk 1/4 finalçı onlar oldular
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu
Salah oyunun ən yaxşısı seçildi
"Şamaxı" üçün daha bir rəqib
Misir 1/8 finalda - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı