"Roma"ya qarşı oynayacağım yüz faiz bəlli deyil" - Aqolli

"Roma"ya qarşı oynayacağım yüz faiz bəlli deyil" -  Aqolli
ÖLKƏ FUTBOLU 15 Sentyabr 2017 / 17:12 3531
-  A +

"Qarabağ"ın zədəli futbolçusu Ansi Aqolli hələlik məşqlərə başlamayıb.

Bu barədə Qol.az-a albaniyalı müdafiəçi özü məlumat verib. O, gələn həftədən məşqlərə başlayacağını bildirib: "Hələ ki, məşq etmirəm. Həftənin birinci günü fərdi məşqlərə başlayacam".

Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə oyunu buraxan Aqolli "Roma" ilə Bakıda keçiriləcək matçı da buraxa bilər. 

"Roma" ilə oyuna qədər hazır olub-olmayacağım yüz faiz bəlli deyil" - deyə Aqolli bildirib.

Qeyd edək ki, 35 yaşlı futbolçu Albaniya millisinin heyətində Mekedoniya ilə oyunda zədələnib.

Daha çox


Son xəbərlər