“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak Çempionlar Liqasında "Çelsi" ilə vacib oyunöncəsi ölkəsinin mətbuatına müsahibə verib.
- "Qarabağ"ın vəziyyətini bir il əvvəlki "Legiya" ilə müqayisə edə bilərsiniz?
- "Qarabağ"ın qrupdakı vəziyyəti daha çətindir. "Legiya"nın qrupunda "Sportinq" var idi. Amma indi biz "Çelsi", "Roma" və "Atletiko"ya qarşı oynayacağıq. Hər 3 klub Avropa nəhəngidir. Kağız üzərində bu komandalara qarşı heç bir şansımız yoxdur. "Legiya" ötən mövsüm heç bir şeyin imkansız olmadığnı göstərmişdi. "Qarabağ" bugünə qədər böyük məqsədlərə nail olub. Çempionlar Liqasına çıxıb tarix yazmışıq. Qrupdakı qələbə və ya heç-heçə isə bonus olacaq.
- “Çelsi”dən qorxmursunuz?
- Biz heç bir rəqibdən qorxmuruq. Baş məşqçimiz də komandadan cəsarətli oynamağı tələb edir. Çünki itiriləcək heç nəyimiz yoxdur. Hər bir futbolçu Çempionlar Liqasını xəyal edir. Hazırda məqsədimiz burada lazımı qədər rəqabət toplamaqdır. Müsbət enerji ilə meydana çıxıb oynayacağıq.
- Bir az işiniz çətin olacaq. Alvaro Morataya qarşı oynaya biləcəksiniz?
- Mən oyunda Alvaro Mortaya qarşı oynayacam. O mənə “Real”la oyunlardan çox yaxşı tanışdır. Mən onu tanıdığım üçün sakit olacam. ÇL-də “Legiya” ilə 20 qol buraxdıq, amma özümü heç zaman aşağı hiss etmədim. “Borussiya”ya qarşı 4:8 uduzduğumuz oyun da bir təcrübə idi.
- “Legiya”nın əlil azarkeşlərinin Londona aparılması fikri kimdən gəldi?
- Bu mənim fikrim idi. “Legiya” “Şerif”ə uduzduqdan sonra düşündüm ki, azarkeşlərimizi İngiltərəyə aparım. Klub prezidenti Lastnoqorski və Vandzel ilə birlikdə bu işin maliyyə tərəflərini üzərimizə götürdük. Yenidən bu cür tədbirlər həyata keçirəcəm. Avraam Qranta da təşəkkür edirəm. O, mənə 10 nəfər seçməkdə kömək etdi və digər 5 nəfəri isə klub seçdi. Bu son olmayacaq. Mən həmişə “Legiya” azarkeşlərinin yanında olacam. Əlil azarkeşlərin stadiona yerləşdirilməsində “Çelsi” işçiləri mənə kömək edəcəklər. Onlar mənə söz verdilər.
- Çempionlar Liqasının qrup mərhələsinə adlamaqla böyük mükafatlar aldınız?
- Puldan söhbət gedirsə, “Legiya”dakından azdır. Polşada bir söz var ki, “mən kassa üçün işləmirəm”. Mənim əmək haqqımda Varşavadakı ilə müqayisə edilə bilər. Lakin bütün bu illərdən sonra dəyişiklik lazım idi. “Legiya” mənimlə müqavilə olmasına baxmayaraq azad agent kimi gəlməyimə icazə verdi. Perspektiv olaraq yaxşı qərar verdiyimə şahidlik edə bilərsiniz. İki ay öncə kimsə mənə yenidən ÇL-in qrup mərhələsində oynayacağımı desəydilər, inanmazdım. Mən qısa müddət burda olsam da, əla xatirələrim var. Çempionlar Liqasında “Kopenhagen”ə qalib gəldikdən sonra dostlar mənə dedilər ki, Bakıda bizi anşlaq gözləyir. Azərbaycanda bunun sevincinin necə qeyd edildiyini görüncə təəccübləndim. İnsanlar avtomobillərlə, bayraqlarla şəhərdə bayram ab-havası yaratmışdılar. Hava limanında Bakıya düşdükdən sonra azarkeşlərin hücumuna uğradım. Onlarla birlikdə rəqs edib, təzahüratlar dedik.
- Azərbaycan prezidenti ilə də görüşünüz olub…
- Bəli, çox gözəl idi. Maraqlıdır ki, İlham Əliyev bizim hamımzı haqqında nələrisə bilirdi. Tək-tək hamımıza necə oynadığımızı dedi. O, mənimlə söhbət edəndə Polşaya son səfərindən danışdı. Sonra oxudum ki, bizim üçün 2 milyon mükafat ayırıb. Bu da çox gözəl jest idi (qafqazinfo.az).
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu
Salah oyunun ən yaxşısı seçildi
"Şamaxı" üçün daha bir rəqib
Misir 1/8 finalda - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı