U-21 YIĞMASINDA ÖZ KLUBLARINDA OYNAYAN YOX, OYNAMAYAN FUTBOLÇULAR ÇIXIŞ EDİR
AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, bir neçə il əvvəldən başlayaraq, Azərbaycan Premyer Liqasında 21 yaşadək ən azı bir oyunçunun meydanda olması ilə bağlı limit tətbiq edilib. Bundan məqsəd yeniyetmə futbolçuların inkişafına dəstək verməkdir. Məlumdur ki, bizdə məşqçilər gənclərə çox az şans verirlər, nəticədə onlar inkişafdan geri qalırlar. Belə olan halda təbii ki, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası seçimsiz qalır, bu, nəticələrə mənfi təsirini göstərir, onsuz da zəif olan komandada əlavə problemlər yaranır. Avropa çempionatının seçmə mərhələsində rəqiblərinə müqavimət göstərə bilmir. Amma limit sayəsində Premyer Liqanın hər bir klubunda minimum bir gənc meydançaya çıxır və oyun təcrübəsi qazanır.
İllərdir bu proses həyata keçirilir, amma işin qəribə və acınacaqlı tərəfi odur ki, U-21 nəticələrini heç cürə yaxşılaşdıra bilmir. Elə millinin bugünlərdə əvvəlcə İsrailə, sonra İrlandiyaya eyni hesabla məğlub olduqları (1:3) matçlarda biz yenə də həmin məzmunsuz və həvəssiz oyuna, mübarizəsiz təslimolmaya şahid olduq. Daha da pisi o idi ki, millinin heyətində yenə legioner futbolçular yer almışdı: bu dəfə Şimali qafqazlıları, Avropa türkləri əvəz etmişdi. Bəs, görəsən, illərdir elə həmin AFFA-nın tətbiq etdiyi bu limit niyə milli komandamızı gücləndirmir? Ya da sualı belə qoyaq, klublarının heyətində çıxış edən gənc futbolçularımız niyə öz millisinə ya dəvət edilmir, ya da dəvət edilirsə, onlara az oynamaq şansı verilir, əvəzində oyun təcrübəsi olmayan əcnəbilər yığmaya cəlb edilir və əsas heyətdə meydana çıxır?
Hazırladığımız bu kiçik araşdırmaya müraciət edək:
3 turu keçirilmiş Premyer Liqada komandalarının heyətinə düşmüş futbolçulardan hansılar geridə qalan İsrail və İrlandiya ilə matçlarda oynayıblar?
1. Pərviz Qaraxanov (13.02.1996)
3 oyun, 286 dəqiqə (əlavə olunmuş dəqiqələr də hesablanıb.) - İsrail və İrlandiya ilə matçlara dəvət olunmayıb
2. Yusif Nəbiyev (03.09.1997)
3 oyun, 285 dəq. (əlavə olunmuş dəqiqələr də hesablanıb), İsrailə qarşı - 90 dəqiqə, İrlandiyaya qarşı – ehtiyatda
3. İlin Sadıqov (12.09.1997)
3 oyun, 269 dəq, İsrail və İrlandiya ilə matçlara dəvət olunmayıb
4. Aqşin Quluzadə (31.08.1998)
3 oyun, 256 dəq. İsrail və İrlandiya ilə matçlara dəvət olunmayıb
5. Mahir Mədətov (01.07.1997)
3 oyun, 221 dəq. İsraillə oyuna dəvət olunmayıb (əsas milliyə çağırıldığı üçün), İrlandiyaya qarşı – 79
6. Xəyal Nəcəfov (19.12.1997)
3 oyun, 225 dəq., İsrail – dəvət olunmayıb, İrlandiya – ehtiyatda qalıb
7. Qismət Alıyev (24.10.1996)
3 oyun, 204 dəq, İsrail və İrlandiya ilə matçlarda 90 dəqiqə oynayıb
8. Elnur Cəfərov (28.03.1997)
2 oyun, 140 dəq, İsrailə qarşı - 45 dəq, İrlandiyaya qarşı 52 dəq (qırmızı vərəqə).
9. Ehtiram Şahverdiyev (01.10.1996)
3 oyun, 131 dəq, İsrailə qarşı – ehtiyatda qalıb, İrlandiyaya qarşı 45 dəq.
10. Fəhmin Muradbəyli (16.03.1996
2 oyun, 98 dəq, İsrailə qarşı – 30 dəq, İrlandiyaya qarşı – dəvət olunmayıb
11. Anton Krivotsyuk (20.08.1998)
1 oyun, 96 dəq. İsrail və İrlandiyaya ilə oyunlara dəvət olunmayıb
12. Roman Hüseynov (26.12.1997)
2 oyun, 84 dəq. İsrail və İrlandiyaya ilə oyunlara dəvət olunmayıb
13. İlyas Səfərzadə (20.01.1996)
2 oyun, 72 dəq. İsrailə qarşı – ehtiyatda qalıb, İrlandiyaya qarşı – 11 dəq.
14. Eltun Turabov (02.18.1997)
1 oyun, 46 dəq, İsrailə qarşı 45 dəq, İrlandiyaya ehtiyatda qalıb
15. Sertan Taşqın (08.10.1997)
1 oyun, 29 dəq. İsrail və İrlandiya oyunlarda – 90 dəq.
16. Ramil Həsənov (15.02.1996)
1 oyun, 28 dəq, İsrail və İrlandiyaya ilə oyunlara dəvət olunmayıb
17. Zaur Fərzəliyev (01.10.1998)
1 oyun, 16 dəq. İsrail və İrlandiyaya ilə oyunlara dəvət olunmayıb
18. Elgün Nəbiyev (04.01.1996)
1 oyun, 7 dəq. İsrail və İrlandiyaya ilə oyunlara dəvət olunmayıb
19. Bəhlul Mustafazadə (27.02.1997)
1 oyun, 5 dəq. İsrail və İrlandiya oyunlarda – 90 dəq.
20. Fərid Kərimzadə (05.04.1997)
1 oyun, 4 dəq. İsrail və İrlandiyaya ilə oyunlara dəvət olunmayıb
Siyahıdan göründüyü kimi, öz klublarında çox oynamaq imkanı qazanan gənclərdən yalnız Q.Alıyev, M.Mədətov və E.Cəfərov U-21-də əsas fiqurlardırlar. Geridə qalan 3 turda cəmi 1 dəfə bir neçə dəqiqəlik forma şansı qazanmış S.Taşqın və B.Mustafazadə əsas heyətdə çıxış ediblərsə, Y.Nəbiyev, E.Şahverdiyev, F.Muradbəyli, E.Turabov, İ.Səfərzadəyə baş məşqçi ara-sıra şans verib. “Səbail”, “Kəpəz”, “İnter”, “Sumqayıt”ın əsas “limit oyunçuları” isə milliyə, ümumiyyətlə, lazım olmayıblar.
Bəs geridə qalan oyunlarda milli komandanın əsas oyunçuları kimlər olublar? Yuxarıda qeyd olunanlardan başqa “İnter”in əvəzedici komandasından Əlibəy Məmmədli, Vüqar Həsənov, “Qarabağ”ın əvəzedici komandasından Elgün Uluxanov, həmçinin, legionerlər – Mustafa Kemal Özhitay, Serkan Baloğlu, Ozan Can Kökcü, Onur Albayrak, Alen Askerov. Qeyd etmək yerinə düşər ki, Özhitay və Baloğlu sonuncu dəfə öz klublarında (müvafiq olaraq “SSV Ulm 1846”, “VfB Ştutqart II”, Almaniya Regional liqası) mayın 20-də, Albayrak (“Hobro”, Danimarkada birinci divizionda olduğu vaxt) keçən il oktyabrın 20-də, Askerov (“Noviqrad”, Xorvatiyanın birinci liqası) mayın 28-də meydançaya çıxıb. Baloğlu və Askerov ötən mövsüm komandalarında daim oynasalar da, Özhitay və Albayrak nadir hallarda meydana çıxıblar. Kökcünün sonuncu dəfə klub səviyyəli turnirdə nə zaman oynamasına dair məlumat əldə edə bilmədik (U-19 liqasında oynaması mümkündür).
Təəssüf ki, təkcə faktlar U-21 yığmamızın güclənməsində limitin rol oynamadığını açıq-aydın ortaya qoyur. Mahir kimi istedadlar limit olmadığı dönəmlərdə də ortaya çıxmağı bacarırdılar. Həmçinin, 4 klubun əsas limit oyunçusunun İsrail və İrlandiyaya qarşı oynamaması isə limitin klubları çətin vəziyyətə salmağının, bəlkə də, əslində bu oyunçuların sağlam rəqabət olarsa, əsas heyətə iddia edə bilməyəcəklərinin bariz göstəricisidir. Dolayısı ilə çempionatda onsuz da xeyli aşağı olan səviyyənin bir az da düşməsinə səbəbdir.
Zaman göstərir ki, inkişaf süni mayalanmalar, məhdudiyyətlərlə mümkün deyil. Hər şeyin təbiisi daha gözəldir.
Elnur ELGÜN
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”
Ramil oynadı, komandası qələbə qazandı
“Mançester Yunayted”in Naqelsmann planı
"Milan"ın xal itkisi - Video
2-ci liqada 2 oyun
Zeedorf bu klubun baş məşqçisi oldu
Renatın komandası qələbəni əldən verdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu