"Qəbələ" yoxlama oyununda uduzdu

"Qəbələ" yoxlama oyununda uduzdu
XƏBƏR 4 Sentyabr 2017 / 20:08 3474
-  A +

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqada yaranan fasilədən istifadə edən "Qəbələ" yoxlama oyunu keçirib.

Qol.az-ın məlumatına görə, komanda İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda "Sumqayıt"la qarşılaşıb və 1:3 hesabı ilə uduzub. "Sumqayıt"ın heyətində Cavid İmamverdiyev (2) və Amil Yunanov fərqlənib. "Qırmızı-qaralar"ın yeganə qolunu isə penaltidən Endi Hallidey vurub.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner