UEFA-dan Ömər Paşayevə təyinat

UEFA-dan Ömər Paşayevə təyinat
XƏBƏR 4 Sentyabr 2017 / 17:30 4228
-  A +

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Ömər Paşayev UEFA-dan yeni təyinat alıb.

Qol.az-ın məlumatına görə, FİFA referisi 21 yaşadək futbolçular arasında Avropa çempionatındakeçiriləcək İsveç - Kipr qarşılaşmasını idarə edəcək.

Ona yan xətt hakimləri Namiq Hüseynovla Mübariz Haşımov kömək edəcəklər. Rauf Cabbarov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 5-də İsveçin Falkenberq şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner