Ramil Quliyev Avropada ayın atleti seçildi

Ramil Quliyev Avropada ayın atleti seçildi
XƏBƏR 4 Sentyabr 2017 / 16:55 2418
-  A +

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Avropada avqust ayının ən yaxşı idmançısı seçilib.

Qol.az-ın məlumatına görə,  Avropa Atletika Birliyinin (EAA) rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuda Quliyev qalib olub.

Qeyd edək ki, Ramil Quliyev ötən ay Londonda keçirilən dünya çempionatında kişilərin 200 metr məsafədə qaçış yarışında qalib olmuşdu. Quliyev avqustda Birmingemdə təşkil edilən "Brilliant Liqa"da da qızıl medal qazanmışdı.


Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner