“Arsenal”dan getməyi düşünürdüm” - Venger

“Arsenal”dan getməyi düşünürdüm” -  Venger
XƏBƏR 4 Sentyabr 2017 / 15:10 4209
-  A +

“Arsenal”la ötən mövsümün sonu 2 illik müqavilə imzalayan  Arsen Venger  bu qərarı haqda danışıb.

Qol.az-ın məlumatına görə, fransalı mütəxəssis ölkəsinin mətbautına  açıqlamasında müqavilə imzalayarkən tərəddüd etdiyini bildirib:

“Xeyli götür-qoy etdim. Tərəddüd edirdim, ayırlmağı düşünürdüm. Ancaq 20 ildir bu komandanı çalışdırıram. Belə bir vəziyyətdə komandadan ayrılıb- ayrılmayacağım hər kəsə maraqlı idi. Çünki ötən il olduqca çətin keçdi. Amma komandamızın hər şeyi düzəltmək üçün potensialı var. Hazırkı çətin vəziyyətdən çıxacağımızı düşünürəm”.

Qeyd edək ki, A. Venger 1996-cı ildən “Arsenal”ı çalışdırır.

 


Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner