Koutinyonu niyə ala bilmədilər ? - "Barselona" açıqladı

Koutinyonu niyə ala bilmədilər ? - "Barselona" açıqladı
XƏBƏR 2 Sentyabr 2017 / 19:20 7970
-  A +

"Liverpul"un futbolçusu Filipp Koutinyonun "Barselona"ya transferinin baş tutmasının səbəbi müəyyənləşib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Kataloniya klubunun nümayəndəsi Albert Soler məlumat verib. O deyib ki, İngiltərə təmsilçisi braziliyalı yarımmüdafiəçi üçün yüksək məbləğdə təzminat istədiyi üçün Koutinyonu almayıblar: "Liverpul" bizdən 200 milyon avro tələb etdi. Biz isə bu qədər məbləğdə pul verib risk edə bilməzdik".

Qeyd edək ki, "Barsa" Koutinyonun əvəzinə Usman Dembele üçün "Borussiya"ya 147 milyon avro ödəyib.


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner