“Çelsi” “Qarabağ”la oyunun biletlərini satışa çıxardı

“Çelsi” “Qarabağ”la oyunun biletlərini satışa çıxardı
XƏBƏR 2 Sentyabr 2017 / 15:50 6639
-  A +

“Çelsi” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçirəcəyi matçın biletlərini satışa çıxarıb.

Qol.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

London təmsilçisi Ağdam klubu ilə matçın biletlərini 35 funt-sterlinqdən (75 manat) satışa çıxarıb.
Uşaqlar və yaşlılar üçün biletlərin qiyməti isə 17,5 funt-sterlinqdir (38,5 manat).

Qeyd edək ki, “Çelsi” - “Qarabağ” oyunu sentyabrın 12-də keçiriləcək.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner