Xavi "Barselona"nın transfer siyasətini tənqid etdi

Xavi "Barselona"nın transfer siyasətini tənqid etdi
XƏBƏR 2 Sentyabr 2017 / 14:50 6487
-  A +

“Barselona”nın sabiq futbolçusu Xavi Ernandes Kataloniya klubunun transfer siyasətini tənqid edib.

Qol.az-ın məlumatına görə, uzun illər “Barsa”nın kapitanı olmuş 37 yaşlı yarımmüdafiəçi yeni transferlərin komandanın oyun fəlsəfəsinə uyğun olmadığını bildirib:

“Mən “Barselona”da komandanın ən parlaq dövründə oynamışam. Ancaq indi vəziyyət başqa cürdür. 5-6 il bundan əvvəl “Barselona”nın oyun sistemi dünyada ən yaxşılardan idi. Ancaq indi həmin oyun sisteminə uyğun 5-6 futbolçu qalıb: Messi, İnyesta, Butskes, Alba, Pike və Suares. Klub öz oyun fəlsəfəsinə uyğun olmayan futbolçular alıb”.

Qeyd edək ki, “Barselon” bu yay müdafiəçi Nelson Semedu və yarımmüdafiəçilər Paulinyo ilə Usman Dembeleni transfer edib.

Xatırladaq ki, 1998-2015-ci illərdə "Barsa"da oynayan Xavi hazırda Səudiyyə Ərəbistanının  "Əl Sadd" klubunda çıxış edir.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner