Polis Runini sərxoş halda yaxaladı

Polis Runini sərxoş halda yaxaladı
XƏBƏR 1 Sentyabr 2017 / 17:48 3268
-  A +

İngiltərə polisi “Everton”un hücumçusu Ueyn Runini saxlayıb.

Qol.az-ın “Sky Sport”a istinadən yaydığı xəbərə görə, buna onun bu gecə sərxoş halda maşın idarə etməsi səbəb olub. Hadisə saat 2 radələrində futbolçunun Çeşir qraflığındakı evi yaxınlığında baş verib. Runi pul girovu qoyduqdan sonra sərbəst buraxılıb.

Sentyabrın 18-də o, məhkəmə qarşısına çıxarılacaq. Polis məlumatı təsdiqləyib.


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner