Azərbaycanlı futbolçu "Slaviya"da

Azərbaycanlı futbolçu "Slaviya"da
XƏBƏR 1 Sentyabr 2017 / 14:57 8140
-  A +

Azərbaycanlı futbolçu Fərid Nəbiyev karyerasını Çexiyanın “Slaviya” klubunda davam etdirəcək.

Qol.az-ın məlumatına görə, 19 yaşlı futbolçulardan ibarət milli komandamızın kapitanı bu gün Praqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. 18 yaşlı yarımmüdafiəçinin "Slaviya"nın gənclərdən ibarət komandasında çıxış edəcəyi gözlənilir.

Futbolçunun keçidinə FİFA meneceri Vaqif Heydərli vasitəçi olub.

Qeyd edək ki, F.Nəbiyev "Qəbələ" Futbol Akademiyasının yetirməsidir.


Daha çox


Son xəbərlər