İki cüdoçumuz 1/8 finalda

İki cüdoçumuz 1/8 finalda
XƏBƏR 1 Sentyabr 2017 / 14:07 1788
-  A +

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Qol.az-ın məlumatına görə, bu gün  millimizin daha 2 idmançısı tatamiyə çıxıb.

60 kq çəkidə Məmmədəli Mehdiyev 1/32 finalda Kristian Bodirlauna (Rumıniya) qalib gəlib. Cüdoçumuz ikinci görüşündə ukraynalı Kedjau Nyabaliyə ipponla qalib gələrək 1/8 finala yüksəlib.

60 kq çəkidə mübarizə aparan digər cüdoçumuz Tural Səfquliyev isə yarışa 1/16 finaldan başlayıb. O, ilk cəhdində Xose Luis Arroyo Osorno (Peru) ilə üz-üzə gəlib və rəqibini 61-ci saniyədə məğlub edib. Səfquliyev 1/8 finalda Şaxzodbek Sabirovla (Özbəkistan) qarşılaşacaq.
 
Qeyd edək ki, buna qədər təmsilçilərimizdən Orxan Səfərovla (60 kq) Rüstəm Orucov (73 kq) ikinci yeri tutub.

Son xəbərlər