“Qəbələ” Yaponiya və Tailand klubları ilə heç-heçə etdi

“Qəbələ” Yaponiya və Tailand klubları ilə heç-heçə etdi
XƏBƏR 1 Sentyabr 2017 / 00:29 2195
-  A +

Cənubi Koreyada keçirilən 13 yaşadək futbolçular arasında beynəlxalq turnirə yekun vurulub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, yarışda qüvvəsini sınayan “Qəbələ”nin müvafiq yaş qrupu üzrə komandası turnirin son günündə iki qarşılaşma keçirib.

“Qırmızı-qaralar” öncə Yaponiyanın “Vejitto” komandası ilə görüşüb. 2:2 hesabı ilə başa çatan matçda Hüseynağa Səlimov və Sadiq Şəfiyev qol sevinci yaşayıb.

“Qəbələ” son matçında da sülhlə kifayətlənib. Təmsilçimiz Tailandın BCC klubu ilə heç-heçə edib - 3:3. Bu görüşdə Esqin Əhmədov, Hüseynağa Səlimov  və Okan Təhməzli qol vurub.

Turnirin qalibi adına isə Braziliyanın “Santos” klubu yiyələnib. İspaniya “Selta”sı 2-ci, yerli “Çunqmu” 3-cü yeri tutub.

 


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner