PSJ-dən daha bir supertransfer - Mbappe

PSJ-dən daha bir supertransfer -  Mbappe
XƏBƏR 31 Avqust 2017 / 21:59 7673
-  A +

“Monako”nun futbolçusu Kilian Mbappenn PSJ-yə keçidi rəsmiləşib.

Qol.az-ın məlumatına görə, bu barədə Paris klubunun saytı xəbər yayıb.

18 yaşlı fransalı hücumçu mövsümün sonunadək paytaxt klubunda icarə əsasında çıxış edəcək. Mövsümün sonunda isə PSJ onunla 2022-ci ilə qədər müqavilə imzalayacaq.

Bu keçid üçün PSJ “Monako”ya 180 milyon avro ödəyib.

Qeyd edək ki, PSJ daha əvvəl Neymarı “Barselona”dan 222 milyon avroya alaraq dünyanın ən bahalı transferini edib.

Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner