Neto rəsmən "Fənərbaxça"da

Neto rəsmən "Fənərbaxça"da
XƏBƏR 31 Avqust 2017 / 17:30 3441
-  A +

"Fənərbaxça" "Zenit"in futbolçusu Luis Netonun transferini rəsmiləşdirib.

Qol.az-ın İstanbul təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, 29 yaşlı müdafiəçi bu mövsümün sonuna kimi sözügedən klubda icarə əsasında çıxış edəcək.

"Fənərbaxça" portuqaliyalı futbolçunu birdəfəlik transfer etmək istəsə, qarşı tərəfə 3.5 milyon avro ödəyəcəyi iddia edilir.

Qeyd edək ki, L. Neto ötən mövsüm Rusiya klubunun heyətində 35 oyunda 1 qol ötürməsi verib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner