"Qalatasaray" Asamoanı transfer edir

"Qalatasaray" Asamoanı transfer edir
XƏBƏR 31 Avqust 2017 / 14:11 4171
-  A +

"Qalatasaray" "Yuventus"un futbolçusu Kvadvo Asamoanı transfer etməyə hazırlaşır.

Qol.az-ın Türkiyə mətbuatına istinadla yaydığı xəbərə görə, 28 yaşlı sol cinah müdafiəçisi ilə 4 illik razılıq əldə olunub.Qanalı futbolçunun yaxın günlərdə İstanbula gələrək rəsmi müqavilə imzalanması gözlənilir.

Bu transfer üçün "sarı-qırmızılar"ın qarşı tərəfə 4.7 milyon avro ödəyəcəyi iddia edilir.

Qeyd edək ki, K. Asamoa ötən mövsüm İtaliya klubunun heyətində 24 matçda 2 qol ötürməsini verib.


Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner