“Səbail”in futbolçusu Gürcüstan millisində

“Səbail”in futbolçusu Gürcüstan millisində
XƏBƏR 31 Avqust 2017 / 00:00 4122
-  A +

“Səbail”in üzvü Gürcüstan yığmasına dəvət olunub.

Qol.az-ın klubun Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, gürcüstanlı legioner Tamazi Tsetsxladze ölkəsinin 21 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət alıb.

Yığmanın baş məşqçisi Giorgi Geguçadzenin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Polşa ilə keçiriləcək oyun üçün açıqladığı heyətdə “Səbail”in gənc müdafiəçisinin də adı var.

Xatırladaq ki, Gürcüstan - Polşa matçı sentyabrın 1-də Qori şəhərində Tengiz Burjanadze adına stadionda keçiriləcək


Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner